Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə88/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   84   85   86   87   88   89   90   91   ...   538
Türkmənçay müqaviləsi 

1828

FEVRAL

10

185  

ili


64

Tarixdə bu gün

Azərbaycan Hərbi Hava Qüvvələri Günü 

1992

FEVRAL

Azərbaycan Respublikası  Prezidentinin 1992-

ci il 14 sentyabr 203 saylı Fərmanı ilə 14 fevral 

-Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi 

qeyd olunur.

1992-ci ildə Azərbaycan Ordusunda Hərbi 

Hava Qüvvələrinin ilk bölməsi formalaşmışdır. 

Azərbaycan Hərbi Hava Qüvvələri - Azərbaycan 

Respublikasının Silahlı Qüvvələrinə  məxsus xü-

susi qoşun növüdür.

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-

texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi 

olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazır-

da Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) 

arsenalına 70-ə yaxın döyüş  təyyarəsi, 40-a ya-

xın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı 

təyyarə və helikopter daxildir. 7200 nəfər perso-

nalın xidmət etdiyi HHQ-nin arsenalında “Aero 

L-29”, “Aero L-39” təlim-hücumçu, müxtəlif 

təyinatlı “MiQ-21”, “MiQ-25”, “MiQ-29”, “Su-

17”, “Su-24”, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, 

“Tu-134A”, “Tu-16”, Pakistan istehsalı olan “JF-

17” döyüş  təyyarələri, “Mi-2”, “Mi-6”, “Mi-8”, 

“Mi-24”, “Mi-35M” markalı helikopterlər, həm-

çinin dünyanın tanınmış  şirkətlərinin (Aerostar, 

Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı ildə Ukrayna ilə imzalanmış mü-

qaviləyə əsasən  Azərbaycan bu ölkədən 29 ədəd 

modernləşdirilmiş “MiQ-29M” döyüş  təyyarəsi, 

Pakistandan isə 26 ədəd “JF-17” (Thunder), 

həmçinin “Mi-24” helikopterləri alacaq. Artıq Uk-

raynadan alınmış 5 ədəd “MiQ-29”, Pakistandan 

alınmış 4 ədəd “JF-17” təyyarələri Azərbaycana 

gətirilmişdir.

Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd 

Xidmətinin aviadəstəsi var ki, burada da əsasən 

dağlıq ərazilərdə əməliyyat zonalarına desant at-

maq, qüvvələri təxliyyə etmək və digər məqsədlər 

üçün istifadə edilən “YaK” markalı  təyyarələr, 

həmçinin müxtəlif helikopterlər cəmləşmişdir.

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB 

məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. 

Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi 

Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Uk-

rayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasar-

tırma kurslarında  təlimlər keçirlər.

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qa-

yıbov olub. O, Birinci Dünya Müharibəsində al-

manlara qarşı keçirilən hava əməliyyatlarında fəal 

iştirak etmiş  və indiki Belarus ərazisində gedən 

döyüşlərdən birində həlak olmuşdur.

Azərbaycanın ikinci müstəqilliyi dövründə - 

1992-ci il aprel ayının 8-də isə baş leytenant Va-

qif Qurbanov keçmiş Sovet ordusunun Sitalçay 

aerodromundan, “Su-25” döyüş təyyarəsini qaçı-

raraq Azərbaycan ordusuna gətirmişdir. Bununla 

da Azərbaycan HHQ ilk qırıcı  təyyarəni arsena-

lına qəbul etmişdir. Az sonra “Nasosnı” - indiki 

Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya ala-

yının komandiri, polkovnik Vladimir Kravtsov 

(Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər 

aerodromunda xidmət edən polkovnik-leytenant 

Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı 

sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan 

ordusunun tabeçiliyinə verilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin