Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə87/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   83   84   85   86   87   88   89   90   ...   538
Ə d ə b i y y a t

Ələkbərova, İ. İnformasiya 

müharibəsi texnologiyaları 

[Mətn] /İ.Ələkbərova; elmi 

red. T.Kazımov; AMEA, 

İnformasiya Texnologiyaları 

İn-tu.- Bakı: [İnformasiya 

texnologiyaları], 2012.-  

107 s.

Gündüz, O. İnternet. 

Azərbaycanın İnter-

net Resursları [Mətn]: 

İnternet haqqında ümumi 

məlumat. Azərbaycan 

İnterneti /O.Gündüz; 

red. C.Məmmədli.- Bakı: 

Multimedia Mərkəzi, 2004.-     

200 s.

İ n t e r n e t d ə

www..anl.az

www.rabitadunyasi.info.az

www.ict.az

7


63

Azərbaycanı iki yerə bölən Türkmənçay 

müqaviləsinin imzalanmasından bu gün 185 il ötür. 

Rusiya ilə İran arasında ikinci müharibənin (1826-

1828) yekunlarına əsasən, 1828-ci il fevral ayının 

10-da Çar Rusiyası və İran arasında bağlanan bu 

müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz 

çayından  Şimal hissəsi Çar Rusiyasının, Cənub 

hissəsi isə Şah İranının əsarətinə keçdi. 

Təbrizin 50 km-dəki Türkmənçay kəndində Ru-

siya generalı İvan Paskeviç və İran şahzadəsi Ab-

bas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan 

və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilmişdir. 

Müqavilənin imzalanmasında məşhur rus yazıçısı 

Qriboyedov və tarixçi-yazıçı Abbasqulu ağa Bakı-

xanov iştirak etmişdir. Bakıxanov burda tərcüməçi 

olmuşdur. 

Türkmənçay müqaviləsi Azərbaycan tarixində 

qanlı səhifələrdən biridir. Bu müqavilə Azərbaycan 

ərazisinə Azərbaycanın tarixi taleyinə bütövü, 

tamı bölən, Azərbaycanı parçalayan, ərazilərimizə 

qəsd edilən bir tarixi məqamdır. Çünki zaman 

öz hökmünü vermişdi, Azərbaycan müstəqil fe-

odal xanlıqları formasında mövcud idi. Hər bir 

xanlıq orta əsrlərin feodal dövlətlərindən  idi. 

Belə bir məqamda  İranla Rusiya bu müstəqil fe-

odal dövlətləri tutmaq qərarına gəldilər. Nəticədə, 

tamamilə özlərinə məxsus olmayan ərazi uğrunda 

vuruş başlanmış  və Azərbaycan torpaqlarını öz 

aralarında bölmüşdülər. Tarixən nə Rusiya, nə İra-

na dəxli olmayan, əksinə Böyük Səfəvi dövlətinin 

bir parçası olan bu feodal dövlətlər bölünmüş  və 

Azərbaycanın Şimalı və Cənubu ifadəsi yaranmış-

dı. Əslində bu, Rusiyanın Pyotr dövründən qalma 

siyasətinin bilavasitə davamı idi və burda hələ 

I Pyotr vəsiyyətlərində ifadə olunmuş müəyyən 

məqamlar öz əksini tapmışdı. Müqavilədə İrandan 

erməni əhalisinin Rusiya imperiyasının yeni torpaq-

larına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, 

İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, 

Rusiya donanmasının Xəzərdə şəriksiz hakim ol-

ması və rus tacirlərin İranda ticarət güzəştləri əldə 

etməsi barədə maddələr də vardı.

Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi 

üçün münbit siyasi şərait yaranmışdı  və 

Türkmənçay müqaviləsinin təbəə alış-verişi, yəni 

insan dəyişməsi maddələri burda Azərbaycanın 

bugünkü taleyinə təsir edən məqamları yaratmışdı. 

Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan 

40 min, Türkiyədən 84 min erməni Azərbaycana 

köçürüldü. Beləliklə, Azərbaycana elə bir tari-

xi zülm edildi ki, indi də bu zülmün qarşısında 

Azərbaycan xalqı əziyyət çəkir. 

Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaq-

larının Rusiya və İran arasında Araz çayı boyunca 

bölüşdürülməsi başa çatmışdı. 

Bütünlükdə bu müqavilə 16 maddədən 

ibarətdir.  

Qarabağın işğalı  əslində elə bu “sülh” 

müqaviləsinin imzalanması ilə başlanmışdır.

Bundan sonrakı tariximizin hər vərəqində qan-

la, qadayla yanaşı qəhrəmanlıq, şəhidlik zirvələri 

də ucalmışdı.

Tarixdə bu gün


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin