Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə90/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   86   87   88   89   90   91   92   93   ...   538
Ə d ə b i y y a t

Məhərrəmli, Z.Qaradağlı 

faciəsi [Mətn]/Z.

Məhərrəmli.-Bakı,2011.

Aydınoğlu, T. Erməni 

vəhşiliyinin qanlı 

səhifəsi[Mətn] /T.Aydınoğlu 

//Xalq qəzeti.- 2011.-17 

fevral.  - S. 8. 

www.garadaghli.org

17

17

17

28


66

17

17

17

19

Tarixdə bu gün

FEVRAL

21

2

22

2

20

20

8

 

23

Bеynəlxalq Ana Dili Günü

 1999

21

YUNESKO (UNESCO) 1999-cu il fevral ayının 

21-ni Beynəlxalq Ana Dili Günü elan etmişdir.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən 

dillərin qorunması  məqsədilə  hər il keçirilən 

Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma di-

linin varlığını hiss etmək, onunla qürur duymaq, 

onu qorumaq, inkişaf etdirmək hüququ olduğu-

nu bir daha xatırladır.  Ən sadə şəkildə desək, dil 

ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin 

simasını  səciyyələndirən amillərdən biri, bəlkə 

də, birincisidir. O, hər hansı bir xalqın varlığının 

təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu 

qənaət tarixin bütün dövrlərində bəşər övladlarının 

qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulma-

yan aksiomadır. Millətin dilinin dövlət statusuna 

yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik ta-

rixinin qızıl səhifəsidir. Dilin dövlət dili statusu 

qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. 

Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.... Və 

bu gün dilimizin dövlət statuslu dillər arasında 

olmasına görə dilimizin mənəvi dirilik atributuna 

çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, 

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tari-

xi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox 

sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən 

ümummilli lider Heydər Əliyevə minnətdar olmalı-

yıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək 

dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə 

yol tapması Ana dilimizin gözəl bilicisi, mahir na-

tiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına 

yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu 

siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər 

Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 

illik yubileyində Azərbaycan dilində  çıxış edib. 

Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə 

yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konsti-

tusiyasında Azərbaycan dilinin dövlət dili kimi 

qəbul edilməsi isə  həmin dövr üçün əhəmiyyətli 

hadisə idi. 1995-ci ildə qəbul edilən Konstitusiya 

ilə dövlət dilinin adı  bərpa olundu. Bundan son-

ra hökumət səviyyəsində Ana dilinin inkişafı  və 

qorunması istiqamətində  əhəmiyyətli sənədlər 

qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci 

maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, 

istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla 

məşğul olmaq hüququ təsbit olunur. Konstitusiya-

mıza görə, heç kəs Ana dilindən istifadə hüququn-

dan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr 

tarixdə “Azərbaycan Respublikasında Dövlət dili 

haqqında” Azərbaycan Respublikasının Qanunu-

nun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili 

kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf 

etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan 

dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyac-

larının ödənilməsi istiqamətində daha bir addım-

dır. Bu sənəd ümummilli lider Heydər  Əliyevin 

xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, 

qayğısının parlaq nümunələrindən biridir. Bu 

ənənələri ölkə Prezidenti İlham  Əliyev uğurla 

davam etdirməkdədir. Dövlət başçısının müxtəlif 

vaxtlarda imzaladığı “Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında” və “Azərbaycan Milli ensiklopediya-

sının hazırlanması haqqında” sərəncamları  və bu 

istiqamətdə görülən işlər də dilimizin inkişafına 

böyük qayğının təzahürüdür. Ana dilimizi qoru-

maq, inkişaf etdirmək bizim də borcumuzdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin