Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə92/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   88   89   90   91   92   93   94   95   ...   538
26

Ərazisi: 936 km² 

• 

Əhalisi: 25332

• 

İşğal tarixi: 26.02.1992

• 

İnternet saytı http://xocali-ih.gov.az

• 


68

həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 

dəf edilməsi, ölkənin  ərazi bütövlüyünün bərpa 

edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalq-

larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-

ədaləti və  həqiqəti müdafiə etmək, Xocalıda 

törədilmiş terrorizm, etnik təmizləmə faktları-

nı pisləmək barədə müraciətlər edirlər. Heydər 

Əliyev Fondu ötən illər  ərzində Xocalı soyqırı-

mının dünya ictimaiyyətinə, beynəlxalq aləmə 

çatdırılması istiqamətində böyük işlər görüb. 

Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı 

soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin 

keçirilməsi,  filmlərin nümayiş olunması  və sair 

bu qəbildəndir. Xocalı soyqırımına dair müxtəlif 

dillərdə Fond tərəfindən filmlər hazırlanıb, həmin 

filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-

qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın 

onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı 

ilə bağlı xarici kütləvi informasiya vasitələrinin 

əməkdaşlarının qələmə aldıqları  məqalələrin 

sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqla-

rın gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər 

təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus 

Mehriban xanımın Xocalı soyqırımının tanıdıl-

ması istiqamətində çox böyük xidmətləridir. Özü 

də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün 

Azərbaycan həqiqətlərinin təbliği istiqamətində 

bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zaman-

da         Leyla xanım Əliyeva dünya ictimaiyyətinin 

diqqətini erməni işğalçılarının Azərbaycan xal-

qına qarşı törətdikləri dəhşətli cinayətlər haqqın-

da obyektiv məlumatlara cəlb etmək, sözügedən 

faciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi 

qiymət vermək, eyni zamanda, Azərbaycanın Qa-

rabağ münaqişəsində milli maraqlarının müdafiə 

olunması məqsədilə “Xocalıya ədalət – Qarabağa 

azadlıq” (“Justice for Khojaly, Freedom for Ka-

rabakh”) devizi altında beynəlxalq kampaniyanın 

keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

“Xocalıya ədalət!” - artıq dünyada bu kampani-

yaya qoşulan insanların sayı günü-gündən çoxal-

maqdadır. Bu kampaniya daha da genişlənməkdədir. 

Bu baxımdan çox güman ki, bu kampaniya və təbii 

ki, bu istiqamətdə görülən işlər bundan sonra da da-

vam edəcək. Amma söhbət ondan gedir ki, bizim hər 

birimiz bu kampaniyalara dəstək verməliyik. Hara-

da yaşamağından asılı olmayaraq – Azərbaycanda 

da, Azərbaycandan kənarda da. Hərənin gücü 

nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xoca-

lı  həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qa-

rabağ savaşında  şəhid,  əlil olmuş, yaralanmış 

qəhrəmanlarımızın, ümumən Azərbaycan xal-

qının başına gətirilən bütün müsibətlərin təbliğ 

edilməsi, erməni yalanlarının qarşısının alınması 

istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. 

Tarix heç nəyi unutmur!

Allah bütün şəhidlərə rəhmət eləsin!




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin