Başkent Universitetinin rektoru atu-da qonaq oldu


R amazan ayı ruhumuzun və



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
R

amazan ayı ruhumuzun və 

cismimizin enerji alması 

güclənməsi üçün gözəl 

fürsətdir. 11 aydan yığılmış qabarlar, 

kin­küdurət, nifrətdən qurtulmaq 

üçün bu ay qızıl fürsətdir. Bu, elə bir 

enerjivericidir ki, bir ay bizə bu en­

erjini verir və 11 ay bizə kifayət edir. 

Yəni, həqiqi ehtiyaclarımızı ödəyə 

bilir.

İnsan iki hissədən ibarət olan bir can-

lıdır: ruhdan və bədəndən. Əgər insan 

hər  ikisini  inkişaf  etdirə  bilsə,  dünya 

və  axirət  səadəti  nəsibi  olar.  Əgər  bu 

iki  hissədən  biri  ayrı-ayrılıqda  inkişaf 

edərsə  və  bir  yerdə  olmazsa,  həqiqi 

səadətə çata bilməyəcəkdir.

İnsanın  ruhu  cismi  kimi  üç  cür  ola 

bilir: sağlam, xəstə və ölü. Ancaq əgər 

ruha enerji versək, onu pak və təharət 

halında saxlamış olarıq. Yəni bu zaman 

ruh  bütün  çirkinliklərdən  və  günahdan 

uzaq olmağa çalışacaqdır. Ruh kama-

la və qüdrətə çata bilir. Günahlar ruhu 

zəiflədir.  Günah  işlətməkdən  özünü 

saxlayan ruh qüdrətə və əzəmətə çata 

bilər.


Bəs əgər ruhumuza enerji və qüvvə 

versək, hansı təsiri göstərəcəkdir?

1. Nəfsə hakim olmaq.

İnsan  ibadət  və  mənəviyyat 

nəticəsində  ruhunu  gücləndirər  və 

bu  zaman  insan  öz  nəsfinə  hakim 

ola  bilər.  Bu  zaman  öz  eyblərini  də 

görməyə  başlayar.  Allah  buyurur: 

“Kim  Allahdan  qorxsa,  (Allah)  onun 

üçün  (çətinliklərdən)  çıxış  yolu  qoyar”. 

(“Təlaq” 2).

2. İradəsi güclənər.

O  insan  ki,  öz  nəfsinə  hakimdir, 

iradəsi  nəfsinin  heyvani  istəkləri  qar-

şısında  güclənər.  “Ey  iman  gətirənlər, 

sizdən  əvvəlkilərə  yazıldığı  kimi  sizə 

(də) oruc yazıldı və qərara alındı, (ki,) 

bəlkə  (ruhunuz  qüvvətlənsin  və  nəfsi 

istəklərdən)  çəkinəsiniz”.  (“Bəqərə” 

183).


3. Xəyal qüvvəsinə hakim olar.

Bizim zehnimiz quş kimi oradan-ora 

həmişə  uçmaqdadır.  Xəyal  qüvvəsi 

qəlb  hüzurunu  bizdən  alar.  Ona  görə 

də namaz zamanı diqqətimizi cəmləyə 

bilmərik.  Bu  bizim  zəif  olduğumuzu 

göstərir. Ancaq Allah yolunun yolçuları 

daima öz xəyal qüvvələrinə hakimdirlər. 

O  zaman  ki,  ruhları  göylərdə  seyr 

etmək istəyər, bu qüvvə öz oyunçuluğu 

ilə onlara mane ola bilməz.

4. Cisminə rəhbərlik edə bilər.

Bu zaman insan bədəni tamamilə ru-

hun rəhbərliyi və kontrolu altında olar.

5. Təbiətə rəhbərlik edə bilir.

Təbiətin özü insan iradəsinin nüfuzu 

altında  olar.  Peyğəmbərlərin  (ə),  öv-

liyaların  möcüzə  və  kəraməti  də  belə 

olmuşdur. Allah Təala Qurani-Kərimdə 

bəzi  bəndələrinin  kainatı  necə  fəth 

etdiyinə  işarə  etmişdir:  “Beləliklə,  Biz 

küləyi ona ram etdik. Külək onun əmri 

ilə mülayimliklə onun istədiyi yerə ge-

dirdi”. (“Sad” 36).

Ruha  enerji  vermək  dedikdə  yəni, 

ibadət  etmək,  dua  və  istiğfar  etmək, 

Allaha  yaxınşacaq  işlər  görmək  və 

fitrətimizin əvvəlki pak halına qayıtmaq 

deməkdir.  Bunun  üçün  də  Ramazan 

ayı  ən  gözəl  fürsətdir.  Çünki  bu  ayda 

bir  etdiyimiz  on  hesab  edilir  və  bu  da 

ruhumuza  daha  çox  enerji  qazandırır. 

Allah  bəşəri  hidayət  edən  rəhmət  ki-

tabını  Ramazan  ayında  Peyğəmbərin 

(s) qəlbinə nazil etmişdir. Bu ayı Allaha 

qoşulmaq ayı qərar vermişdir. Bu ayda 

ibadət  etmək,  haramdan  uzaq  olmaq 

və  halala  yaxın  olmaq  nəticəsində  in-

san öz Məbdəsinə, Allahına yaxınlaşar. 

Ruhu,  iradəni  gücləndirməklə  yanaşı, 

ruhumuzdakı  süstlüyü  də  aradan  qal-

dırır  və  cismimizi  qüvvətləndirər:  “Ra-

mazan  ayı  insanların  bələdçisi,  aşkar 

hidayət  dəlillərinə  malik  və  (haqq  ilə 

batili bir-birindən) ayıran Qur’anın nazil 

olduğu bir aydır”. (“Bəqərə” 185).

Bu  ayda  behiştin  qapıları  açılar  və 

cəhənnəmin qapıları bağlanar. Şeytanı 

zəncirə vurarlar. Zaman insana yardım 

edər  ki,  səhərdən  axşama  qədər  in-

sanın tək hədəfi Allahla olsun və Ona 

çatmaq  olsun.  Peyğəmbərimiz  (s)  öz 

“Şəbaniyyə” xütbəsində Ramazan ayı-

nın  fəziləti  haqqında  belə  buyurmuş-

dur: “Ey Allahın bəndələri! Bərəkətli və 

rəhmətli  Allah  ayı  sizə  üz  tutmuşdur. 

Bu  ay  Allah  yanında  ən  gözəl  aylar-

dandır. Gündüzləri ən gözəl gündüzlər, 

gecələri  gözəl  gecələr  və  saatları  ən 

gözəl  saatlardır.  Allahın  qonaqlığına 

çağırılmısınız. Kəramət əhlindən olmu-

sunuz.  Bu  ayda  nəfsləriniz  sizi  təsbih 

edər,  yuxularınız  ibadətdir,  əməlləriniz 

və dualarınız qəbul olar”.

Bu  aydan  ən  gözəl  şəkildə 

bəhrələnmək  o  deməkdir  ki,  istiğ-

far  edək,  tövbə  edək,  Quran  oxuyaq, 

başqalarına  yaxşılıq  edək,  sileyi-rəhm 

edək.

Ona  görə  də  bu  aydakı  fürsətləri 



əldən verməyək. Bu ayın axırına qədər 

ibadət müsabiqəsində qələbə çalanlar-

dan olaq.

Həzrət  Peyğəmbər  (s)  buyurur: 

“Səmanın qapıları Ramazan ayının bi-

rinci  gecəsi  açılar.  Axırıncı  gecəsinə 

qədər də bağlanmaz. Ey insanlar! Əgər 

kimsə bu ayda Qurandan bir ayə oxu-

yarsa, savabı Ramazandan qeyri vaxt-

larda xətm edilən bir Quran qədərdir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Ra-

mazan  ayında  sədəqə  verər,  Allah  70 

növ bəlanı ondan uzaq edər”.

Artıq bir neçə ildir ki, mübarək Ramazan ayı bir 

sıra ölkələrdə olduğu kimi, vətənimizdə də yay 

aylarına təsadüf edir.

Belə  olan  halda  oruc  tutmaq  bir  az  da 

çətinləşir. Buna həm havanın daha isti olması, 

həm  də  günün  daha  uzun  olması  təsir  edir. 

Qarşılamağa  hazırlaşdığımız  Ramazan  ayı-

nın isə iyun-iyul ayına təsadüf edəcəyindən, 

bu  il  oruc  tutmaqla  bağlı  narahatlıq  bir  az 

da  artır.  Bunu  nəzərə  alan  “Deyerler.org”  bu 

mövzuda vətəndaşlarımıza xeyirli ola biləcək 

məlumatları mütəmadi dərc edir.

Türkiyənin Memorial Xəstəxanası isti ha-

vada  oruc  tutmaqla  bağlı  araşdırma  təqdim 

edib.  Xəstəxananın  Qidalanma  şöbəsinin 

həkimi Yeşim Çelik müsəlmanlara məsləhətlər 

verib.  Onlardan  ən  önəmlilərini  diqqətinizə 

çatdırırıq:

-  oruc  tutan  insalar  mütləq  imsaq 

etsinlər.  Havanın  isti  olması  iştahanın  azal-

masına səbəb olur, amma sübh vaxtı qidalan-

maq çox önəmlidir;

-  oruc  tutarkən  yumurta  yeyin  və  süd 

için.  Çünki  yumurtada  kalori  miqdarı  çox-

dur və yumurta insanı daha uzun müddət tox 

saxlayır. Süd isə insanın həm maye ehtiyacını, 

həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə 

malikdir;

-  oruc  tutuanlar  imsaq  vaxtı  2-3  ədəd 

qoz yesə, bu, onları daha çox tox saxlayar;

- imsaq vaxtı meyvə ilə qidalanmaq çox 

önəmlidir. Xüsusən də sulu meyvələr insanın 

gün  ərzində  suzuluğunun  qarşısını  almağa 

kömək  edər.  Bunlara  əsasən  qarpız,  yemiş, 

üzüm, şaftalı kimi meyvələr daxildir;

- əksər insanların bildiyi bir qanun var ki, 

iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək 

olmaz.  Onun  əvəzinə  bir  dilim  çörəklə  sulu 

bir xörək yemək sağlamlıq baxımından daha 

faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra 

qidalanmağa davam etmək olar. Əks təqdirdə 

təzyiqin  qalxması  və  mədə  ağrıları  yarana 

bilər;


-  gün  ərzində  susuzuluğu  çox  hiss 

etməmək üçün iftardan imsaqadək hər bir sa-

atda 1-2 səkan su içmək faydalıdır. 

Həkim həmçinin xəstə insanlara, əsasən, 

böyrək  və  qaraciyər,  şəkər  və  ürək-damar 

xəstələrinə daha diqqətli olmağı, Ramazan ayı 

başlamazdan  öncə  həkimə  müraciət  etməyi 

və orucun onlar üçün təhlükəli olub-olmaya-

cağını öyrənməli olduqlarını bildirib.


Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin