R
amazan ayı ruhumuzun və
cismimizin enerji alması
və güclənməsi üçün gözəl
fürsətdir. 11 aydan yığılmış qabarlar,
kinküdurət, nifrətdən qurtulmaq
üçün bu ay qızıl fürsətdir. Bu, elə bir
enerjivericidir ki, bir ay bizə bu en
erjini verir və 11 ay bizə kifayət edir.
Yəni, həqiqi ehtiyaclarımızı ödəyə
bilir.
İnsan iki hissədən ibarət olan bir can-
lıdır: ruhdan və bədəndən. Əgər insan
hər ikisini inkişaf etdirə bilsə, dünya
və axirət səadəti nəsibi olar. Əgər bu
iki hissədən biri ayrı-ayrılıqda inkişaf
edərsə və bir yerdə olmazsa, həqiqi
səadətə çata bilməyəcəkdir.
İnsanın ruhu cismi kimi üç cür ola
bilir: sağlam, xəstə və ölü. Ancaq əgər
ruha enerji versək, onu pak və təharət
halında saxlamış olarıq. Yəni bu zaman
ruh bütün çirkinliklərdən və günahdan
uzaq olmağa çalışacaqdır. Ruh kama-
la və qüdrətə çata bilir. Günahlar ruhu
zəiflədir. Günah işlətməkdən özünü
saxlayan ruh qüdrətə və əzəmətə çata
bilər.
Bəs əgər ruhumuza enerji və qüvvə
versək, hansı təsiri göstərəcəkdir?
1. Nəfsə hakim olmaq.
İnsan ibadət və mənəviyyat
nəticəsində ruhunu gücləndirər və
bu zaman insan öz nəsfinə hakim
ola bilər. Bu zaman öz eyblərini də
görməyə başlayar. Allah buyurur:
“Kim Allahdan qorxsa, (Allah) onun
üçün (çətinliklərdən) çıxış yolu qoyar”.
(“Təlaq” 2).
2. İradəsi güclənər.
O insan ki, öz nəfsinə hakimdir,
iradəsi nəfsinin heyvani istəkləri qar-
şısında güclənər. “Ey iman gətirənlər,
sizdən əvvəlkilərə yazıldığı kimi sizə
(də) oruc yazıldı və qərara alındı, (ki,)
bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi
istəklərdən) çəkinəsiniz”. (“Bəqərə”
183).
3. Xəyal qüvvəsinə hakim olar.
Bizim zehnimiz quş kimi oradan-ora
həmişə uçmaqdadır. Xəyal qüvvəsi
qəlb hüzurunu bizdən alar. Ona görə
də namaz zamanı diqqətimizi cəmləyə
bilmərik. Bu bizim zəif olduğumuzu
göstərir. Ancaq Allah yolunun yolçuları
daima öz xəyal qüvvələrinə hakimdirlər.
O zaman ki, ruhları göylərdə seyr
etmək istəyər, bu qüvvə öz oyunçuluğu
ilə onlara mane ola bilməz.
4. Cisminə rəhbərlik edə bilər.
Bu zaman insan bədəni tamamilə ru-
hun rəhbərliyi və kontrolu altında olar.
5. Təbiətə rəhbərlik edə bilir.
Təbiətin özü insan iradəsinin nüfuzu
altında olar. Peyğəmbərlərin (ə), öv-
liyaların möcüzə və kəraməti də belə
olmuşdur. Allah Təala Qurani-Kərimdə
bəzi bəndələrinin kainatı necə fəth
etdiyinə işarə etmişdir: “Beləliklə, Biz
küləyi ona ram etdik. Külək onun əmri
ilə mülayimliklə onun istədiyi yerə ge-
dirdi”. (“Sad” 36).
Ruha enerji vermək dedikdə yəni,
ibadət etmək, dua və istiğfar etmək,
Allaha yaxınşacaq işlər görmək və
fitrətimizin əvvəlki pak halına qayıtmaq
deməkdir. Bunun üçün də Ramazan
ayı ən gözəl fürsətdir. Çünki bu ayda
bir etdiyimiz on hesab edilir və bu da
ruhumuza daha çox enerji qazandırır.
Allah bəşəri hidayət edən rəhmət ki-
tabını Ramazan ayında Peyğəmbərin
(s) qəlbinə nazil etmişdir. Bu ayı Allaha
qoşulmaq ayı qərar vermişdir. Bu ayda
ibadət etmək, haramdan uzaq olmaq
və halala yaxın olmaq nəticəsində in-
san öz Məbdəsinə, Allahına yaxınlaşar.
Ruhu, iradəni gücləndirməklə yanaşı,
ruhumuzdakı süstlüyü də aradan qal-
dırır və cismimizi qüvvətləndirər: “Ra-
mazan ayı insanların bələdçisi, aşkar
hidayət dəlillərinə malik və (haqq ilə
batili bir-birindən) ayıran Qur’anın nazil
olduğu bir aydır”. (“Bəqərə” 185).
Bu ayda behiştin qapıları açılar və
cəhənnəmin qapıları bağlanar. Şeytanı
zəncirə vurarlar. Zaman insana yardım
edər ki, səhərdən axşama qədər in-
sanın tək hədəfi Allahla olsun və Ona
çatmaq olsun. Peyğəmbərimiz (s) öz
“Şəbaniyyə” xütbəsində Ramazan ayı-
nın fəziləti haqqında belə buyurmuş-
dur: “Ey Allahın bəndələri! Bərəkətli və
rəhmətli Allah ayı sizə üz tutmuşdur.
Bu ay Allah yanında ən gözəl aylar-
dandır. Gündüzləri ən gözəl gündüzlər,
gecələri gözəl gecələr və saatları ən
gözəl saatlardır. Allahın qonaqlığına
çağırılmısınız. Kəramət əhlindən olmu-
sunuz. Bu ayda nəfsləriniz sizi təsbih
edər, yuxularınız ibadətdir, əməlləriniz
və dualarınız qəbul olar”.
Bu aydan ən gözəl şəkildə
bəhrələnmək o deməkdir ki, istiğ-
far edək, tövbə edək, Quran oxuyaq,
başqalarına yaxşılıq edək, sileyi-rəhm
edək.
Ona görə də bu aydakı fürsətləri
əldən verməyək. Bu ayın axırına qədər
ibadət müsabiqəsində qələbə çalanlar-
dan olaq.
Həzrət Peyğəmbər (s) buyurur:
“Səmanın qapıları Ramazan ayının bi-
rinci gecəsi açılar. Axırıncı gecəsinə
qədər də bağlanmaz. Ey insanlar! Əgər
kimsə bu ayda Qurandan bir ayə oxu-
yarsa, savabı Ramazandan qeyri vaxt-
larda xətm edilən bir Quran qədərdir”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Ra-
mazan ayında sədəqə verər, Allah 70
növ bəlanı ondan uzaq edər”.
Artıq bir neçə ildir ki, mübarək Ramazan ayı bir
sıra ölkələrdə olduğu kimi, vətənimizdə də yay
aylarına təsadüf edir.
Belə olan halda oruc tutmaq bir az da
çətinləşir. Buna həm havanın daha isti olması,
həm də günün daha uzun olması təsir edir.
Qarşılamağa hazırlaşdığımız Ramazan ayı-
nın isə iyun-iyul ayına təsadüf edəcəyindən,
bu il oruc tutmaqla bağlı narahatlıq bir az
da artır. Bunu nəzərə alan “Deyerler.org” bu
mövzuda vətəndaşlarımıza xeyirli ola biləcək
məlumatları mütəmadi dərc edir.
Türkiyənin Memorial Xəstəxanası isti ha-
vada oruc tutmaqla bağlı araşdırma təqdim
edib. Xəstəxananın Qidalanma şöbəsinin
həkimi Yeşim Çelik müsəlmanlara məsləhətlər
verib. Onlardan ən önəmlilərini diqqətinizə
çatdırırıq:
- oruc tutan insalar mütləq imsaq
etsinlər. Havanın isti olması iştahanın azal-
masına səbəb olur, amma sübh vaxtı qidalan-
maq çox önəmlidir;
- oruc tutarkən yumurta yeyin və süd
için. Çünki yumurtada kalori miqdarı çox-
dur və yumurta insanı daha uzun müddət tox
saxlayır. Süd isə insanın həm maye ehtiyacını,
həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə
malikdir;
- oruc tutuanlar imsaq vaxtı 2-3 ədəd
qoz yesə, bu, onları daha çox tox saxlayar;
- imsaq vaxtı meyvə ilə qidalanmaq çox
önəmlidir. Xüsusən də sulu meyvələr insanın
gün ərzində suzuluğunun qarşısını almağa
kömək edər. Bunlara əsasən qarpız, yemiş,
üzüm, şaftalı kimi meyvələr daxildir;
- əksər insanların bildiyi bir qanun var ki,
iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək
olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu
bir xörək yemək sağlamlıq baxımından daha
faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra
qidalanmağa davam etmək olar. Əks təqdirdə
təzyiqin qalxması və mədə ağrıları yarana
bilər;
- gün ərzində susuzuluğu çox hiss
etməmək üçün iftardan imsaqadək hər bir sa-
atda 1-2 səkan su içmək faydalıdır.
Həkim həmçinin xəstə insanlara, əsasən,
böyrək və qaraciyər, şəkər və ürək-damar
xəstələrinə daha diqqətli olmağı, Ramazan ayı
başlamazdan öncə həkimə müraciət etməyi
və orucun onlar üçün təhlükəli olub-olmaya-
cağını öyrənməli olduqlarını bildirib.
Dostları ilə paylaş: |