NƏTİCƏ VƏ TƏKLİFLƏR
Dünya iqtisadiyyatında inkişaf edən qlobal maliyyə inkişafına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı kifayət qədər inkişaf etmiş, yəni, 1,1% artım sürətinə nail olmuşdur. İqtisadi inkişafda əldə olunmuş nailiyyətlər ölkəmizin sosial vəzifələrini və onun mühm tərkib hissəsi olan təhsilin, səhiyyənin, sosial müdafiə və sosial təminatın, idman və gənclər siyasətinin maliyyə təminatı da sabit və dayanıqlı olmuş, sosial sahələrin inkişafına kifayət qədər maliyyə vəsaiti ayrılmışdır.
Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə-fiskal dayanıqlığı təmin edilib. Ümumi daxili məhsulun 1,1 faiz artım səviyyasi əvvəlki illərdəki artımla müqayisadə az olsa da, mürəkkəb xarıci iqtisadi mühit, ölkəmizin makroiqtisadi sabitliyinə artan təzyiqlər və olduqca əhəmiyyətli dərəcədə azalan xarici valyuta gəlirləri şəraitində əldə edilib. Buna görə qənaətbəxş hesab edilə bilər.
2-15-ci ildə dövlət büdcəsi ilə maliyyələşdirilməsi nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları və prioritet kəsb edən layihələr tam həcmdə maliyyələşdirilib. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6 % az olub.
Bununla belə, sosial yönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1% və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5% çoxdur.
2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, buda əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3% çoxdur.
Ayrılmış vəsaitin 190 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatına yönəldilib.
Azərbaycan Prezidentinin müvafiq fərmanının icrası olaraq ümumitəhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqlarının artırılması və onların maddi rifahının yaxşılaşdırılması məqsədilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmaqla onların həftəlik dərs yükünün norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmasına Bakı şəhərində hesabat ilində başlanılıb, cari ildən isə digər 12 şəhər və rayon bu sistemlə əhatə olunacaq.Bu artımlar ümumi təhsil müəssisələrində çalışan 52 min nəfər müəllimə şamil olunub.
2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4% çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161 milyon manat sərf edilib.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı kursuna uyğun olaraq 2015-ci il dövlət büdcəsindən sosial müdafiə vo sosial təminat xərclərinə 1 milyard 857 milyon manat vəsait yönəldilib.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün keçən ildə icmal və dövlət büdcələrində bütövlükdə 378 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 228 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 150 milyon manat vəsait sərf olunub.
Şəffaflığın təmin edilməsi məqsədilə aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı zamanı ilk dəfə olaraq elektron qaydalar qəbul edilib və yeni qaydalarla 415 min nəfər şəxsdən ibarət olan ailələrə dövlət büdcəsinin vəsaiti hesabına 206 milyon manat ünvanlı sosial yardım verilib.
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təhsüs edilib, 18 yaşı yaşa çatmış və valideyn himayəsindən məhrum olunmuş uşaqların mənzil problemlərinin aradan qaldırılması üçün "Məzun Evi" Sosial müəssisəsi yaradılıb.
Azərbaycanda təhsilin inkişaf konsepsiyası işlənib hazırlanmış və ölkə Prezidentinin rəhbərliyi və qayğısı əsasında uğurla həyata keçirilir.
Lakin təhsilin inkişafı sahəsində problemlər və həll edilməsi vacib olan vəzifələrdə mövcuddur. Onlardan ən mühümləri aşağıdakılardır:
-
Hazırda ölkədə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 16-18% ki , bu istiqamətdə ciddi tədbirlər görülməsi vacibdir.
-
Son illərdə ümumtəhsil sahəsində bir sıra ciddi tədbirlər həyata keçirilsə də, bəzi problemlər qalmaqda davam edir. Xüsusilə məktəblərin böyük əksəriyyətində siniflərdə şagirdlərin sıxlığı müəyyənləşdirilmiş normadan xeyli çoxdur, halbuki hər sinifdə 15-20 nəfərdən çox olmamalıdır.
-
Bakı şəhərində son 10 ildə bir növbədə işləyən məktəblər 41%-dən 13%-ə enmişdir, yani bir növbədə işləyən məktəblər azdır. Hətta Bakı şəhərində 3 növbədə işləyən məktəblər mövcuddur. Respublika üzrə məktəblərin 50%-dən çoxu 2 növbədə işləyir. Ona görə də bu məsələyə ciddi fikir verilməlidir.
Ölkəmizdə sahiyyənin inkişafında, onun maliyyə təminatının yaxşılaşdırılmasında bir sira dövlət əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bununla belə qeyd etmək lazımdır ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi Prezident İlham Əliyevin göstərdiyi kimi günün tələblərinə hələ də tam cavab vermir. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2008 - ci il 10 yanvar tarixli sərancamı ilə "Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbarı tibbi sığortanın tətbiqi konsepsiyası" təstiq edilmişdir. Bu konsepsiya səhiyyənin maliyyələşdirilməsin büdcə vəsaiti ilə yanaşı icbarı və könüllü tibbi sığorta vəsaitinin yönəldilməsini və əhaliyə tibbi xidmətin daha da yaxşılaşdırılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur.
Konsepsiyada qeyd edilir ki:
- səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulması və əhalinin tibbi xidmətdən istifadə imkanları artırılacaq;
- səhiyyə sahəsinə ayrılan dövlət vəsaitinin daha səmərəli istifadə edilməsi ilə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi təmin ediləcək.
Dostları ilə paylaş: |