116
hormonun hazırlanmasına xidmət edir, müdafiə və termorequlyasiya
funksiyalarını yerinə yetirir, çoxlu sayda qıvrım kanalcıqlara malikdir. Yaşlı
qabanın bir xayasında həmin kanalcıqların uzunluğu 3000 m-dir. Cinsi
yetişkənlik dövründə mütəmadi olaraq xayalarda spermiyalar hazırlanır. Onlar 6-
8 gün xaya artımında yerləşərək burada yetişir və toxumaparan kanalın
divarındakı əzələlərin yığılması nəticəsində həmin kanala keçir.
Spermatogenezin davam etmə müddəti aşağıdakı kimidir (günlərlə):
buğada – 54
qoçda – 49
donuzda (qabanda)– 34
ayqırda – 42
dəvədə – 56
dovşanda – 41
xoruzda – 25
Spermanın-erkəklərdə cinsiyyət aktı zamanı ifraz olunan mayenin hidrogen
ionlarının koesentrasiyası – pH=6,5-6,9 olur.
Kənd təsərrüfatı heyvanlarının
dişi cinsiyyət üzvlərinə yumurtalıqlar,
yumurtalıq boruları, balalıq, balalıq buynuzları və dəhlizi (vagina), xarici
cinsiyyət orqanları (cinsiyyət dodaqları, klitor) aiddir. Mayalanma yumurta
borularında, dölün inkişafı isə-balalıq buynuzlarında gedir. Yumurtalıqlar
mürəkkəb orqan olmaqla follikulalardan və sarılıq cisimlərindən ibarət olan
qabıq (follikulyar) və beyin (damarlı) maddələrə ayrılır. Ovogenez prosesi
follikulalarda
baş verir, yumurtalığın qabıq maddəsində ooqoniya
hüceyrələrindən oositlər, onlardan isə yumurta hücyerələri formalaşır.
Dostları ilə paylaş: