Fяxrяddиn mustafayev


Dihibrid  çarpazlaĢmanin  sitoloji  əsaslari



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə284/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   284
Dihibrid  çarpazlaĢmanin  sitoloji  əsaslari. Əgər  genetika  iki  cüt əlamətin 
irsiliyinin analizində hibridləşmə metodunun istifadəsi və hibrid nəsildə ayrı-ayrı 
əlamətlərin  nisbətinin  hesablanması  ilə  məhdudlaşsaydı,  hibrid  orqanizmin 
nəslində  müxtəlif  cüt  əlamətlərin  sərbəst  davranışının  əsas  səbəbi  açılmamış 
qalardı.  Mendel  qanunlarının  yenidən  kəşf  olunması  dövründə  sitologiya 
cinsiyyət  hüceyrələrinin  inkişafı  və  genlərin  xromosomlarla  əlaqəsi  ideyaları 
haqqında  kifayət  qədər  məlumat  toplanmışdır.  Müxtəlif  cüt  genlərin  sərbəst 
paylanması  ilə  qeyri  homoloji  xromosomların  davranışı  arasında  paralelizmin 
olması 
haqqında 
fikir 
irəli 
sürülmüşdür. 
Parçalanmanın 
genetik 
qanunauyğunluqlarının  sintezi  və  meyozda  xromosomların  davranışı  haqqında 
sitoloji  məlumatların  olması  ideyası  irsiyyətin  xromosom  nəzəriyyəsinin 
formalaşması üçün ilk addım oldu. Bu nəzəriyyənin uzun müddət çox işləməyən 
hipotez kimi qalmasına baxmayaraq o, tədqiqatlar  üçün  yeni  yollar açmış oldu. 
Sitoloji  üsullarla  müəyyən  olunmuşdur  ki,  meyozun  I  profazasında  homoloji 
xromosomlar  konyuqasiyaya  uğrayır;  anafazada  homoloji  xromosomlardan  biri 


 
204 
bir  qütbə,  digəri  o  biri  qütbə  çəkilir;  müxtəlif  qütblərə  cəkilmə  zamanı  qeyri-
homoloji  xromosomlar  sərbəst,  bir-birindən  asılı  olmayaraq  kombinə  olunur. 
Mayalanma  zamanı  iki  haploid  qametin  birləşməsi  zamanı  ziqotda 
xromosomların  diploid  sayı  bərpa  olunur  və  homoloji  xromosomlar  yenidən 
birləşir.  Belə  güman  edək  ki,  hər  bir  xromosom  yalnız  bir  genə  malikdir.  İndi 
dihibrid  çarpazlaşma  zamanı  tərkibində  genlər  olan  xromosomların  davranışına 
diqqət edək (Ģəkil 32). Şəkildə müxtəlif ölçülü qeyri-homoloji xromosomlar (bir 
cüt  xromosomlar  uzun,  digəri  qısa)  göstərilib.  Uzun  xromosomlar  A  və  ya  a 
alleli,  qısa  xromosomlar  isə  B  və  ya  b  alleli  daşıyır.  Bu  iki  cüt  allellər  qeyri-
homoloji  xromosomlarda  yerləşirlər.  Çinandromorfizm  (erkək  və  dişilərə 
məxsus əlamətlərin hər ikisinin bir fərddə  müşahidə olunması) drozofildə daha 
səciyyəvi olur (Ģəkil 33)
 
 
Şəkil 32. Dihibrid çarpazlaşmada homoloji və qeyri-homoloji xromosomların dav-
ranışını göstərən sxem (R.Quliyev, K.Əliyeva, 2002) 
 


 
205 
 
 
Şəkil 33.  Drozofildə ginandromorfizm (Sinnota, Dennə və Dobrjanskiyə görə). Sol 
tərəf-dişi, sağ tərəf-erkək (R.Quliyev, K.Əliyeva, 2002)    
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin