203
Şəkil 31. Qaragül qoyunlarında yun örtüyünün rənginin somatik mutasiyası (tünd
ləkə) (R.Quliyev, K.Əliyeva, 2002)
Fenotipə görə mutasiyaların təsnifatında əsas yeri morfoloji mutasiyalar
(çox vaxt onları görünən də adlandırırlar) tutmaqla orqanların, toxumaların,
hüceyrənin ayrı-ayrı strukturlarının quruluş və xüsusiyyətlərinin dəyişilməsi ilə
əlaqədardır. Bu növ mutasiyaya iri və xırda buynuzlu heyvanların qısa ayaqlılığı,
həşaratların qanadının və gözünün olmaması, məməlilərin tüksüzlüyü, insanlarda
nəhəng və cırtdan boyluluq və albinizm aid ola bilər. Mutasiyalar hüceyrədaxili
strukturlara və proseslərə (meyozda xromosomların davranışına, hüceyrə
bölünməsinə) də təsir göstərə bilir. Məsələn, qarğıdalıda meyoz zamanı homoloji
xromosomlarda
konyuqasiyanın
olmamasını
şərtləndirən
mutasiyalar
mövcuddur.
Dostları ilə paylaş: