Fяxrяddиn mustafayev


Cinsiyyət xromosomlarinin aralanmamasi ilə əlaqədar irsillk



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə279/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   284
Cinsiyyət xromosomlarinin aralanmamasi ilə əlaqədar irsillk. 
Çarpazlaşma  zamanı  əlamətlərin  nəslə  keçməsi,  meyoz  və  mayalanmada 
xromosomların davranışının bir-biri ilə uzlaşması qanunauyğunluğu tədqiqatçıları belə 
bir  nəticəyə  gətirmişdir  ki,  genlər  xromosomlarda  yerləşir.  Bu  nəticənin  inandırıcılığı 
genlərin cinsiyyət xromosomları ilə ilişikli irsiliyi göstəriləndən sonra daha da artmışdır. 
Lakin bu nəticə yalnız analogiyaya əsaslanırdı və başqa sübutlara ehtiyac duyulurdu. İlk 
dəfə Morqanın ən yaxın əməkdaşı olan Bridces tərəfindən drozofil milçəyinin cinsiyyət 
xromosomlarının  aralanmaması  hadisəsinin  öyrənilməsi  nətıcəsində  belə  prosesə  rast 
gəlinmişdir.  Ağgöz  drozofıl  xətti  üzərində  aparılan  resiprok  çarpazlaşmanın  birində 
ağgözlük  əlaməti  yuxarıda  öyrəndiyimiz  kimi  yalnız  erkəklərdə  deyil,  həm  də  çox  az 
miqdarda,  iki-üç  min  nəslin  arasında,  bir-iki  ağgözlü  dişi  fərdlərdə  və  yaxud  qırmızı 
gözlü  erkək  fərdlərdə  meydana  çıxmışdır.  Bu  müstəsna  hal  ilk  baxışda  öyıənilən 
genlərin  cinsiyyət  xromosomları  ilə  nəslə  keçməsi  nəzəriyyəsini  inkar  edir.  Lakin 
təcrübəni  diqqətlə  izlədikdə  bu  fakt  həmin  nəzəriyyəni  inkar  deyil,  əksinə,  bir  daha 
təsdiq  etmiş  olur.  Bu  müstəsna  hal  necə  ola  bilər?  Bəzən  meyoz  prosesində  iki  X-
xromosomu öz ucları ilə birləşərək qütblərə birgə (XX) keçir. Nəticədə bu cür qamet bir 
X əvəzinə iki XX daşımalı olur.  

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin