Fяxrяddиn mustafayev


Genlərin  epistatik  təsiri



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə280/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   284
Genlərin  epistatik  təsiri.  Bir  allel  genin  digəri  üzərində  dominantlığı  bizə 
məlumdur və bunu ümumi şəkildə belə ifadə etmək olar: A>a; B>b; Oc. Lakin bir-
birindən asılı olmayan bir gen o biri gen üzərində də təsir göstərir: A>B və ya B>A, 
a>B və ya h>A və s. Bu cür təsir epistaz adlanır. Genin fəaliyyətinin qarşısını alan 
gen  –  supressor  və  ya  ingibitor  gen  adlanır.  Supressor  genlər  heyvanlarda, 
bitkilərdə  və  mikroorqanizmlərdə  mövcuddur.  Onları  adətən  I  və  ya  S  ilə  işarə 
edirlər.  Genlərin  epistaz  təsirinin  2  tipi  məlumdur:  dominant  və  resessiv.  Bir 
dominant  genlə  digərinin  təsirinin  yatırılması  domi-nant  epistaz  adlanır.  9:3 
nisbətində  parçalanma.  Misal  olaraq  toyuqlarda  lələklərin  rənginin  irsiliyini 
göstərmək  olar.  Ağ  leqqorn  cinsindən  olan  toyuqların  lələkləri  ağ  olur.  Viandot 
cinsindən  olan  toyuqların  da  lələkləri  ağ  olur.  Lakin  bu  ağlıq  ayrı-ayrı  cinslərdə 
müxtəlif  genlərin  təsiri  ilə  meydana  gəlmişdir.  Burada  müxtəlif  qeyri-allel  genlər 
iştirak  edir.  Piqment  (rəng)  verən  geni  C  ilə  işarə  etsək,  piqmentsizliyi  c  ilə  işarə 
etməliyik.  Lakin  genotipdə  C  geni  (rəng  verən)  həmin  genotipdə  I  geni  olduğuna 
görə  o,  fəaliyyət  göstərə  bilmir.  Belə  hallarda  piqmentsiz  lələk  ağ  görünür. 
Dediyimiz  iki  ağ  lələkli  toyuq  cinsini  çarpazlaşdırsaq  (ağ  leqqorn  CCII  x  ccii  ağ 
viandot),  bunlardan  alınan  Fı-də  (Ccli) allel I geni  (supressor,  ingibitor)  C  geninin 
qarşısını alır və toyuqların rəngi ağ olur. Fı -də alman və Ccli genotipinə malik olan 
toyuqları və xoruzları bir-birilə çarpazlaşdırdıqda F
2
-də 13/16 hissə ağ, 3/16 hissə isə 
rəngli  toyuqlar  əmələ  gəlir.  Pennet  cədvəlini  fenotipik  cəhətdən  analiz  etdikdə 
aşağıdakı nəticələr alınır: 9-CI-3, 3-ccIi və 1-ccii kombinasiyalarının hamısı ağ olur. 
Lakin supressor I geni iştirak etməyən kombinasiyalarda toyuqların lələkləri rəngli 


 
200 
olacaqdır. Bu fərdlər isə C_ii-genotipinə malikdir və belə fərdlər 3/16 hissəni təşkil 
edir (Ģəkil 28). 
                       
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin