Fяxrяddиn mustafayev


(latınca «resessus»-kənarlanma, uzaqlaşma)



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə277/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   284
(latınca «resessus»-kənarlanma, uzaqlaşma) əlamət adlandırmışdır. 
 
 
 
Şəkil 27. Zolaqlələkli toyuq ilə qara xoruzun çarpazlaşması (R.Quliyev, K.Əliyeva, 
2002) 
 
Alimlərin sonrakı tədqiqatları göstərdi ki, heç də bütün növ heyvanlarda və 
bitkilərdə  əlamətlərin  hamısı  tam  dominantlıq  göstərmir,  nəticədə  aralıq 
növbələşmə,  natamam  dominantlıq,  kodominantlıq  və  yüksək  dominantlıq 
hadisələri  müşahidə  olunur.  Aralıq  növbələşmə  zamanı  1-ci  nəsildə  bəzən  tam 
dominantlıq müşahidə edilmir. Məsələn, qulaqlı (10 sm) və qulaqsız qoyunların 
çarpazlaşmasından alınan 1-ci nəsil hibridinin qulağı qısa (5 sm) olur. Natamam 
dominantlıq  zamanı    1-ci  nəsil  hibriddə  dominant  əlamət  tamamilə  biruzə 
vermir. Məsələn, bel və qarınaltı nahiyyəsində ağ ləkələr olan inəklərin ətrafları 
tünd  rəngli  olan  buğa  ilə  çarpazlaşmasından  ətraflarının  hamısı  tamamilə  tünd 
rəngə  malik  hibridlər  doğulur.  Yüksək  dominantlıq  zamanı  I-nəsil  hibridlərdə 


 
198 
heterozis (hibridlərin valideynlərə nisbətən sürətlə inkişafı, yüksək məhsuldarlıq 
və  balavermənin  davamlı  olması)  baş  verir.  Bu  hal  quşçuluqda  3  və  4-cü  nəsil 
hibridlərində  müşahidə  edilir.  Kodominantlıq  –  hibridlərdə  hər  iki  valideyn 
əlamətlərinin bərabər üzə çıxması ilə səciyyələnir (heyvanların qan qrupu sistemləri, 
hemoqlobin,  transferrin  və  aneilazanın  tiperiri  və  s.)  Danimarka  alimi  V.İohannsen 
1909-cu  ildə  «gen»,  «genotip»  və  «fenotip»  terminlərinin  genetika  elminə  daxil 
etmişdir. Gen – irsiyyətin vahidi, genotip – orqanizmin irsi  yaddaşlarının (genlərin) 
məcmusudur.  1902-ci  ildə  ingilis  alimi  V.Betson  genetika  elminə  «homoziqot»  və 
«heteroziqot»  terminlərini  daxil  etmişdir.  Homoziqotlar  ata  və  ana  fərdlərdən  eyni 
genetik yaddaş (genlər) alan orqanizmlərdir. Heteroziqotlar isə ata və ana fərdlərindən 
müxtəlif genlər alan orqanizmlərdir. Beləliklə, genotipə görə fərdlər homoziqot (AA 
yaxud aa) və ya heteroziqot (Aa) ola bilər. 
Fenotip  –  orqanizmin  müşahidələr  və  müayinələr  zamanı  əldə  edilən  bütün 
əlamət və xassələrinin təsirindən formalaşır. Məsələn, fenotipi buynuzlu və qulaqsız, 
qara  və ağ, iri yaxud kiçik gövdəli və s. sözləri ilə ifadə etmək olar. Ümumiyyətlə, 
əlamətlərin parçalanması qanununun əsas mahiyyəti monohibrid çarpazlaşma zamanı 
ikinci  nəsildə  fenotipə  görə  əlamətlərin  parçalanması  3:1,  genotipə  görə  isə  –  1:2:1 
(dominant  əlamətlərə  görə  homoziqot  fərdlərin  –  1,  heteroziqotların  –  2  və  resessiv 
əlamətə görə homoziqotların isə – 1 hissəsi) nisbətinin mövcud olmasından ibarətdir. 
V.Betson  (1902)  alternativ  –  bir-birinin  əksinə  olan  əlamətlər  cütlüyünün  irsi 
yaddaşını  allelomorf,  V.İohannsen  (1926)  isə  onu  daha  da  sadələşdirərək  allellər 
adlandırmışdır.  Allel  genlər    (allellər)  cüt  homoloji  xromosomda  eyni  nöqtələrdə 
(lokuslarda) yerləşir. Ziqota allellərdən birini anadan yumurta hüceyrəsi, digərini isə 
atadan spermatozoid ilə alır. Allellərin fərqlənməsi mutasiya nəticəsində baş verir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin