monohibrid, iki əlamətə görə fərqlənənlərinki – dihibrid və s. çox əlamətə görə
fərqlənənlərinki isə polihibrid adlanır.
– çarpazlaşma üçün seçilən valideyin formaları təmiz olmalıdır;
–hər bir əlamətin təkrarlanması üçün dəqiq riyazi hesabat aparılmalıdır;
– hibridlər və onların törəmələrinin sonrakı nəsillərində məhsuldarlığın
nəzərə çarpacaq dərəcədə pozulması müşahidə edilməməlidir;
Q. Mendel müxtəlif əlamətlərin irsi elementlərini hərflərlə işarə edərək
onları «nəslin yaddaşı» (müasir terminologiyaya görə genlər) adlandırmışdır.
Əlamətlərin paylanmasının öyrənilməsi üçün çarpazlaşmanın sxemi tərtib
olunur. Bu zaman çarpazlaşma vurma işarəsi (X) ilə işarə olunaraq
valideyinlərin arasında qoyulur. Sxem tərtib edilərkən qadın (dişi) cinsi – V