5.2.3. Əlamətlərin növbələĢməsi anlayıĢı və növbələĢmə əmsalı Müxtəlif miqdar (kəmiyyət) əlamətləri genetik dəyişkənlik zamanı eyni
dərəcəli dəyişkənliyə uğramayaraq, hər hansı bir əlamətin genotipik
dəyişkənliyinə xarici mühitin təsiri heç də həmişə eyni olmur. Heyvanlarda
seçmə zamanı yeni nəsillərdə baş verən kəmiyyət dəyişkənliklərinin valideyn-
lərin əlamətlərinə hansı dərəcədə uyğun olmasının çox böyük əhəmiyyəti vardır.
Bu zaman yeni nəslin məhsuldarlıq üzrə mövcud olan əlamətlərinin
validenlərinki ilə uzlaşması da nəzərə alınır. Populyasion genetikada kəmiyyət
əlamətlərinə görə aparılan seçmənin səmərəliliyinin qiymətləndirilməsi zamanı
əlamətlərin və qametlərin növbələşməsi anlayışına xüsusi diqqət verilir (Ģəkil 25,26,27). Əlamətlərin növbələşməsi fenotipdə onların genetik determinasiyası
dərəcəsini göstərir, bu zaman həm də əlamətlərin valideynlərdən və xarici
mühitdən asılılığının nisbəti də nəzərə alınır. Kəmiyyət əlamətlərinin genetik
determinasiya dərəcəsi növbələşmə əmsalı ilə ifadə olunur və başlıca olaraq
aşağıdakı düsturlarla hesablanır:
1. h
2
=2r, burada h
2
– növbələşmə əmsalı, r – isə birbaşa yaxın qohumluq
əlaqəsi olan qohumlarda (ana – qız və s.) miqdar əlamətlərinin əmsalını ifadə
edir.
2.
h
2
=2R, burada R-birbaşa qohumluq əlaqəsi olan fərdlərin arasındakı
fenotipik reqressiya əmsalını göstərir.
Hazırda genetiklər belə nəticəyə gəlmişlər ki, ayrı-ayrı keyfiyyət əlamətləri
növbələşmə prosesində mürəkkəb poliqon xarakter daşıyır və heyvanların
xəstəliklərə qarşı rezistentliyinin formalaşmasında mühüm rol oynayır. Nəslin
194
növbələşmə dərəcəsi təyin olunarkən kəmiyyət əlamətlərində tətbiq edilən
yuxarıdakı düsturlara istinad olunur.