Heyvanların populyasiyasında genetik yüklənmə. Genetik yüklənmə –
mövcud populyasiyada heteroziqot vəziyyətində iştirak edən letal genlərin
sayından ibarətdir. N.P.Dubininə görə genetik yük geniş mənada homoziqot
vəziyyətində yaranan letal genlərlə bərabər, həm də orqanizmin ətraf mühitə
uyğunlaşmasını azaldan, neqativ təsir göstərən bütün mutasiyalar kompleksindən
ibarətdir. Genetik yükün mutasion və seqreqasion növləri mövcuddur.
Mutasion genetik yük – mutasiya, seqreqasion genetik yük – isə müxtəlif
genotipə
malik
olan
valideynlərin
çarpazlaşması zamanı genlərin
parçalanmasından ibarətdir. Genetik yükün dərəcəsi letal ekvivalentlərin miqdarı
ilə ifadə olunur. Bir letal ekvivalent 100% ölümə səbəb olan bir letal, yaxud 50%
ölüm törədən iki letal genə bərabər hesab olunur və Morton düsturu ilə təyin
edilir: loqeS =A+BF, burada S-nəslin diri qalan hissəsini, F-inbridinq əmsaılını,
A-təsadüfi çarpazlaşma zamanı populyasiyanın ölmüş hissəsini (F=O), B-
populyasiyanın tam homoziqotluğu zamanı ölüm faizinin artmasını (F=1)
göstərir. Genetik yükün populyasiyalarda hesablanması ilə həm ətraf mühit
amillərinin heyvanların ölümündə rolu, həm də bu prosesdə irsiyyətin iştirak
etmə dərəcəsi müəyyən olunur.