Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə265/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   284
Qohumluqda  cütləşmə  aparılarkən  populyasiyaların  genetik  strukturunda 
dəyişikliklər 
baş 
verməklə, 
homoziqot 
genotiplərin 
nisbəti 
artır, 
heteroziqotlarınkı isə çox azalır. Heyvanın hər hansı bir əlaməti 2 allel genlərlə 
(dominant  A,  resessiv  a)  tamamlandıqda  populyasiyada  3  genotip  formalaşır 


 
191 
(AA,  Aa,  aa).  Populyasiya  sərbəst  çarpazlaşdırma  (panmiksis)  səviyyədə 
olduqda Xardi– Vaynberq qanununa əsasən genotiplər bu cür olur: 
p

AA+2pqAa+q
2
bb 
 
Ümumiyyətlə,  qohümlüqda  cütləşdirmə  aparılan  zaman,  bir  qayda  olaraq 
heteroziqot  genotiplər  azalır,  homoziqotlar  isə  çoxalır  və  genotiplərin  nisbəti 
dəyişilir.  Hazırda  populyasiya  genetikası  özünün  çox  geniş  diapozonla  və 
dinamik  tərzdə  inkişaf  edən  mərhələsinə  qədəm  qoymuşdur.  İnsan  və 
heyvanların irsi xəstəliklərinin öyrənilməsində, heyvan, bitki və mikroorqanim-
lərin səmərəli seleksiya işlərinin aparılmasında populyasiya genetikasının xüsusi 
rolu  və  əhəmiyyəti  vardır.  Populyasiyanın  genetikası  aşağıdakı  üsullarla 
öyrənilir: 
1.  Genetik  analiz  üsulu  ilə  valideynlərin  fenotipik  keyfiyyətləri  və  nəslin 
ayrı-ayrı qruplarında əlamətlərin irsən keçməsi öyrənilir. 
 2.  Kariotipin  sitogenetik  üsulu  ilə  populyasiyanın  ayrı-ayrı  fərdlərində 
inkişafa və məhsuldarlığa neqativ təsir göstərən anomaliyalar öyrənilir. Bu üsul 
ən  çox  damazlıq  buğa  və  qoçların  qiymətləndirilməsi  məqsədilə  xromosom 
anomaliyalarının aşkarlanmasında və qarşısının alınmasında tətbiq olunur.  
3.  Ekoloji-fizioloji  üsul  –  xarici  mühit  millərinin  populyasiyanın 
vəziyyətinə, 
davamlılığına, 
inkişafına, 
fenotiplərin 
mövcud 
şəraitə 
uyğunlaşmasına,  genetik  potensialın  əlamət  və  xassələrlə  özünü  biruzə 
verməsinə təsiri öyrənilir.  
4. Riyazi üsul – populyasiyanın genetik struktur dinamikasının, növün sıxlıq 
dərəcəsinin,  nəsildə  baş  verən  genetik  proseslərin  modelləşdirilməsinin  və 
perspektivliyinin  müəyyən  edilməsində  geniş  istifadə  olunur.    Bütün  növdaxili 
populyasiyaların genetik quruluşu və genefondu vardır. Genefond (genetik fond, 
baza)-populyasiyanın  ayrı-ayrı  fərdlərinin  bütün  genlərinin  məcmusudur. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin