193
həm dəyişkənliyin xarakterinə, həm də nəslin növbələşmə xüsusiyyətlərinə görə
bir-birindən fərqlənir. Keyfiyyət əlamətləri fasiləli, kəmiyyət əlamətləri isə
fasiləsiz dəyişkənliyə uğraması ilə səciyyələnir. Keyfiyyət dəyişkənliyi
dominant , yaxud resessiv əlamətlərin parçalanması zamanı xüsusi sərhəd əmələ
gətirir. Bunun əsas səbəbi isə onların yalnız bir allel gen tərəfindən nəzarətdə
saxlanmasıdır. Kəmiyyət əlamətləri isə genlərin parçalanması zamanı aydın
nəzərə çarpan sərhəd əmələ gətirmir və olduqca sürətli dəyişkənliyə uğraması ilə
müşayət olunur. Bu əlamətlər nəslin növbələşməsi zamanı çox mürəkkəb
xarakter alır və hər bir əlamətə xromosomlarda bir deyil, çoxlu sayda lokuslar
tərəfindən nəzarət olunur.
Nəslin bu cür növbələşməsi zamanı hər hansı bir əlamətin çoxlu sayda
genlər tərəfindən nəzarətə alınması prosesi
polimeriya adlanır, onun inkişafı isə
dominant və resessiv genlərin nisbətinin bərabər olmasından, digər genetik
amillərdən və ətraf mühitin modifikasiya törətmə təsirindən asılı olur.
Populyasiyalarda kəmiyyət dəyişkənliyi həm genetik, həm də paratipik (xarici
mühit) dəyişkənliklərin baş verməsi nəticəsində yaranır.
Dostları ilə paylaş: