Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə112/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   284
 
 
BəĢirov Eyyub Balaməmməd oğlu  
(1926) 
 
Ölkəmizdə  heyvandarlıq  və  zootexniya  elminin 
inkişafı sahəsində tanınmış alim Eyyub Balaməmməd 
oğlu  Bəşirovun  təqdirəlayiq  xidmətləri  vardır.  O, 
1951-ci ildə Moskvada Timiryazev adına Kənd Təsər-
rüfatı  Ümumittifaq  Heyvandarlıq  İnstitutunun  aspi-
ranturasını  bitirib,  1954-cü  ildə,  elmlər  namizədi 
alimiik  dərəcəsi  almışdır.  Alim  1954-cü  ildən 
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda 
şöbə  müdiri,  direktor  müavini  vəzifələrində  işləmiş, 
1961-ci  ildən  heyvandarlığın  elmi  əsaslarla  inkişaf  etdirilməsi  və  süni 
mayalanmanın  tətbiqinə  kömək  məqsədiylə,  SSRİ  hökumətinin  qərarı  ilə 
Hindistanda,  Əlcəzairdə,  Çilidə,  Əfqanıstanda  olmuş,  Sovet  mütəxəssisləri 


 
77 
qrupuna rəhbərlik etmişdir. O, 1967-ci ildən yeni yaradılrmış Azərbaycan dövlət 
Damazlıq və Süni Mayalanma Mərkəzi stansiyasında direktor işləmişdir, 2000-ci 
ildən  ictimai  əsaslarla  Respublika  Heyvandarlar  Cəmiyyətinin  sədri  kimi 
fəaliyyətini davam etdirir. Aqrar sahənin inkişafındakı xidmətlərinə görə «Şərəf 
nişanı» ordeninə, Respublika Ali Sovetinin Fəxri fərmanına və bir sıra medallara 
layiq  görülmüş,  damazlıq  işinin  təşkilinə  və  bu  sahədəki  elmi  nailiyyətlərinə 
görə  İtaliyada  beşinci  Dünya  bioloq  alimlərin  və  Moskvada  Qarşılıqlı  İqtisadi 
Yardım  Şurası  ölkələrinin  beynəlxalq  elmi  simpoziumlarının  yubiley  medalları 
və  mükafatları  ilə  təltif  edilmiş,  1997-ci  ildə  Beynəlxalq  Enerji-informasiya 
Elmlər  Akademiyasının,  2004-cü  ildə  «Vektor»  Beynəlxalq  Elmi  mərkəzinin 
«XXI  əsrin  tanınmış  alimi»  diplomuna  layiq  görülmüş,  Rusiya  Keyfiyyət 
Problemləri  Akademiyasının  həqiqi  üzvü  seçilmişdir,  rus,  fransız,  ərəb,  fars, 
ingilis və ispan dillərini bilir. E.Bəşirov 125 nəşr edilmiş elmi əsərin, 2 dərslik, 3 
monoqrafiya  və  3  təlimatın  müəllifidir.  Onun  elmi  əsərləri  dünyanın  bir  sıra 
dillərinə  tərcümə  edilmiş  və  elmi  kəşflərindən  istifadə  olunur.  O,  6  elmlər 
namizədi dissertasiyasına rəhbərlik etmişdir.  
 
 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin