Fяxrяddиn mustafayev


Novruzov Vaqif Seyfəddin oğlu



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə115/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   284
Novruzov Vaqif Seyfəddin oğlu  
(1943) 
 
Vaqif 
Novruzov 
1966-cı 
ildə 
BDU-nun 
biologiya  və  kənd  təsərrüfatı  istehsalının  əsasları 
fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmiş,  1970-ci 
ildə  namizədlik,  1985-ci  ildə  isə  doktorluq  disser-
tasiyası  müdafiə  etmiş,  1978-ci  ildə  baş  elmi  işçi, 
1986-cı  ildə  dosent,  1989-cu  ildə  professor  elmi  adları  almışdır.  Alim  1982-
2002-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində dosent, professor, elmi 
işlər  üzrə  prorektor,  rektor  əvəzi  vəzifələrində  işləmişdir.  O,  2003-2006-cı 
illərdə  Gəncə  Dövlət  Universitetinin  ―Botanika‖  kafedrasının  professoru 
vəzifəsində  işləmiş,  2006-cı  ildən  isə  həmin  kafedraya  rəhbərlik  edir.  Onun 
botanikanın,  genetikanın  və  immugenetikanın  nəzəri,  praktiki  və  metodik 
problemlərinə  dair  200-dən  çox  əsəri  çap  olunub.    O,  2004-cü  ildə  Tempus 
proqramı  çərçivəsində  Avropa  Unıversitetlərinin  iş  təcrübəsini  öyrənmək  üçün 
Almaniyanın  Hohenheym  Universitetinin  dəvəti  ilə  Almaniya,  Fransa  və 
Avstriyada Azərbaycan Dövlət Aqrar Universitetini təmsil etmişdir. V.Novruzov 
1996-2008-ci  illərdə  Azərbaycan  Respublikası  Prezıdenti  Yanında  Ali 
Attestasiya  Komissiyası  ―Biologiya  və  kənd  təsərrüfatı  elmləri  üzrə‖  Ekspert 
şurasının  üzvü  olmuşdur,  hazırda  Azərbaycanın  ―Qırmızı  kitabının‖  yeni 
nəşrinin redaksiya heyətinin üzvüdür. Uzun müddətli və səmərəli elmi-pedaqoji 
fəaliyyətinə  görə  V.Novruzova  Azərbaycan  Respublikası  Prezidentinin  22 
sentyabr 2008-ci il tarixli Sərəncamı ilə ―Azərbaycan Respublikasının Əməkdar 
Elm  Xadimi‖  fəxri  adı  verilmişdir.  V.Novruzovun  ölkəmizdə  gənc  alimlərin 
yetişdirilməsi  sahəsində  xüsusi  xidmətləri  vardır.  O,  hazırda  biologiya  və 
genetika  elminin  qlobal  və  aktual  problemləri  sahəsində  öz  elmi  axtarışlarini 
uğurla davam etdirir. 

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin