Fяxrяddиn mustafayev



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə117/284
tarix28.12.2016
ölçüsü3,21 Mb.
#3769
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   284
                  
Yusifov Nazim Məhəmməd oğlu  
(1940) 
 
Respublikamızda  kənd  təsərrüfatı  mütəxəssislərinin 
hazırlanmasında  böyük  və  önəmli  xidmətləri  olan 
alimlərimizdən  biri  də  kənd  təsərrüfatı  elmləri  doktoru, 
professor  Nazim  Yusifovdur.  O,  1959-1964-cü  illərdə 
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsini 
bitirmişdir,  təhsil  aldığı  dövrdə  Moskva  şəhərində 
keçirilən Tələbələrin Ümumittifaq Konfransında 1 dərəcəli 
diplomuna  layiq  görülmüş  və  mükafatlandırılmışdır.  Alim  1964-cü  ildə  ADAU-nun 


 
81 
"Üzvi  və  bioloji  kimya"  kafedrasında  laborant,  1967-ci  ildən  isə  həmin  kafedrada 
assistent, az sonra isə dosent vəzifəsində çalışmışdır. Onun apardığı fundamental elmi-
tədqiqat işlərinin nəticələri "Azərbaycan  yem ehtiyatlarının biokimyəvi xüsusiyyətləri" 
adlı monoqrafiyada (1988)geniş və ətraflı şərn olunmuşdur. O, 1991-ci ildə Ukraynanın 
Xarkov  səhərində  yerləşən  Ukrayna  Elmi  Tədqiqat  Bitkiçilik  İnstitutunun  Elmi 
şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi 
adına  layiq  görülmüşdür,  1998–  ci  ildən  Kimya  kafedrasında  professor  vəzifəsində 
çalışır. Universitetdə işlədiyi 45 il ərzində alim laborant, assistent, dosent, vəzifəsində 
çalışmış,  professor,  kafedra  müdiri  vəzifələrinədək  yüksəlmişdir.  N.Yusifov  iki 
dərsliyin, 130-dan çox elmi əsərin, 1 monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş, 7 
proqram,  4  tövsiyə  və  3  kitabçanın  müəllifidir.  Hazırda  ADAU-nun  "Kimya" 
kafedrasına rəhbərlik edir və universitetdə ―Tədrisə nəzarət‖ şöbəsinin müdiridir. O, bir 
neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.  

Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin