Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


IV fəsil. Baytarlıq təbabətinin təşkili



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix25.12.2016
ölçüsü0,67 Mb.
#3170
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
IV fəsil. Baytarlıq təbabətinin təşkili 

Maddə 19. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) 

tələbləri üzrə vəzifələri  

19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, 

daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə 

vəzifələri aşağıdakılardır: 

19.0.1

. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) 



qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; 


19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli 

məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları 

baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; 

19.0.3


. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və 

satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası 

və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-

sanitariya) tələblərinə əməl etmək; 

19.0.4

. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin 



təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə 

baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; 

19.0.5

. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və 



xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada 

identikləşdirilməsi və onlara baytarlıq şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək; 

19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət baytarlıq nəzarəti 

orqanlarına vaxtında məlumat vermək; 

19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları 

haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək və müfəttişlər gələnə kimi, xəstəliyə şübhəli 

heyvanları təcrid etmək; 

19.0.8


. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən 

heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və 

müddətdə onları təcrid olunmuş halda saxlamaq; 

19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, 

diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə 

yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; 

19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları 

baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; 

19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli 

məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin 

tələblərini yerinə yetirmək; 

19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən 

və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların 

qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan 

satışına və istifadəsinə yol verməmək; 

19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və 

baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul 

olmaq; 


19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun 

tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək. 





Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin