Baza modulu üzrə Təlim Materialı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   6   7   8   9   10   11   12   13   ...   84
Peşə etikası

Peşəkarlığın  

vacibliyi

      


İnsanlığın  var  olması  ilə  birgə  hər  keçən  gün  dəyişən  demoqrafik  vəziyyət  və  inkişaf  edən 

cəmiyyətin gözləntilərinə cavab verməyə çalışan iş sahələri  xüsusi mütəxəssislik tələb edən peşələrin 

yaranmasına təkan vermişdir.  Mütəxəssisləşmə nəticəsində bir iş, sənət, fəaliyyət və ya məşğulluq 

peşəkar statusa gətirib çıxarmışdır.  

       Peşəkarlıq  əsasən  inanılan  və  vacib  olduğu  qəbul  edilən,  ancaq    nə  olduğu  tam  anlaşılmayan 

qavramdır.  Bu  ifadə  illərdir  müxtəlif  peşə  sahibləri  tərəfindən  araşdırılmaqdadır.  Belə  ki,  bu  ifadə 

fərqli peşə qrupları, eyni zamanda şəxsin fərdi xüsusiyyətlərinə görə müxtəliflik göstərir. Lakin bu bir 

həqiqətdir ki, texnologiyanın həyatımızla eyni sürətlə inkişaf etməsi peşəkarlığın vacibliyini göstərən 

bir digər mühüm səbəbdir.  Bir işin peşəkarı olmaq həmin  işin bütün incəliklərini bilməyi gərəkdirir. 

Peşəkarlıq cəmiyyətdə iş görən hərkəsin mənimsəməli olduğu düşüncə və davranış formasıdır. 

       Hər  insanın  özünəməxsus  bacarıqları,  istedadı,  potensiyalı,  fərqli  gizli  gücləri  vardır.  İnsanlar 

həyatları boyunca bunu meydana çıxarmaq, istifadə etmək və inkişaf etdirmək istəyirlər. Bu inkişafı 




da  təmin  edən  sahib  olunan  sənət,  peşədir.  Peşə-  insanların  həyatda  mövqe  tutmaq  üçün  təhsil 

vasitəsilə  qazandıqları  bilik  və  bacarıqlara  dayalı  fəaliyyətlər  toplusudur.  Hər  peşə  özünəxas vəzifə, 

rol,  fəaliyyətlərdən  əlavə,  ümumi  bir  sıra  funskiyalarda  da  yer  alır.  Bunlardan  peşə  üçün    xüsusi, 

spesifik  rol  və  fəaliyyətlər  həmin  peşəyə  peşəkarlıq  keyfiyyətini  qazandırır.  Peşəkarlığın  inkişaf 

etməməsi  ilk  öncə  fərdə,  daha  sonra  isə  daxil  olduğu  müəssisəyə  təsir  edir.  Bu  da  xidmətdə 

keyfiyyətin  aşağı  düşməsinə  və  təşkilati  problemlərin  yaranmasına  gətirib  çıxarır.  Peşəkarlıq 

mütəxəssislərin  vəzifə  və  öhdəliklərini  yüksək  səviyyədə  yerinə  yetirməsi  ilə  paralel  olaraq  inkişaf 

edir. Mövzular irəlilədikcə peşəkarlığın əhəmiyyəti daha da aydınlaşacaq. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin