Baza modulu üzrə Təlim Materialı


Peşəkarlıq  anlayışı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə9/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
Peşə etikası

Peşəkarlıq

 anlayışı

      


Lüğətdəki  mənasına  nəzər  yetirsək  -  peşəkarlıq  :  “bir  işi  qazanc  əldə  etmək  məqsədilə  edən”, 

“Ustalaşmış, mütəxəssis” sözləri ilə ifadə edə bilərik. İngiliscə “profession” isim olaraq fəaliyyət, peşə, 

iş,  sənət;  eyni  peşədən  olan  insanlar  qrupu,  məsləkdaşlar  mənasını  verir.  Sifət  olaraq  işini  pul 

qarşılığında edən, professional mənalarını ifadə edir.  

      Yuxarıda  da  göründüyü  kimi  peşəkarlıq  lüğəti  mənada  peşə,  peşə  sahibi  olma  sözləriylə  eyni 

mənanı ifadə edir. Sosioloqlar peşəkarlıq anlayışını bir işi bilik bütünlüyü və mütəxəssislik bacarıqları 

təməlində,  cəmiyyətin  rifahını  artırmaq  üçün  xidmət  kimi  ifadə  edirlər.    Peşəkarlıq  dinamikdir    və 

cəhd göstərməyi özündə ehtiva edən prosesdir. Bir işi ən düzgün və məsuliyyətlə, bundan əlavə, ən 

az  xəta  ilə  yerinə  yetirmək  peşəkarlığın  göstəricilərindəndir.  Peşəkarlıq  –  mütəxəssislərin  aid 

olduqları peşə və ya sənətin xarakterinə uyğun təqdim etdikləri xidmətdir.    

      Eyni zamanda bu xidmətin keyfiyyətini artırmaq və daha yaxşısına çatmaq üçün səy göstərmək, 

davamlı inkişafla bərabər özünəməxsusluğunu ortaya qoymaq da peşəkarlığın göstəricilərindəndir.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin