bilər. Komanda əlavə təlimatlara ehtiyac olduğunu gördükdə, bu normalara yenilərini əlavə edə bilər.
Komanda normaları işlənib hazırlandıqdan sonra komanda üzvlərinin davranışını idarə etmək, onların
bir-biri ilə qarşılıqlı əlaqəsini qiymətləndirmək məqsədilə istifadə olunur. Bu normalar komanda
üzvlərinə bir-birilərini hər hansı uğursuz və ya komandanın uğurlarına mənfi təsir göstərəcək
davranışa görə tənqid etməyə imkan verir. Beləliklə, münasibətləri tənzimləyən normalar olmadan,
komandada insanlararası mümkün problemlər baş verə bilər. Komanda üzvlərinin çoxu layihəyə və ya
komandanın uğuruna qəsdən ziyan vurmaq niyyətində deyil. Lakin, qarşılıqlı əlaqə üzrə razılaşdırılmış
çərçivənin olmaması yanlış anlaşılmalara və neqativ münaqişələrə imkan yaradır.
Komandalarda, adətən insanlararası ünsiyyət və qarşılıqlı əlaqələr üzrə konkret
komponentlərlə bağlı problem yaşanır. Komandanın uğur qazanması üçün siz bu sahələr
üzrə normalar işləyib hazırlamaq istəyəcəksiniz. Bunlar, komanda normalarını tərtib edərkən
yerinə yetirməli olduğunuz tədbirlərdir. Bundan əlavə, aşağıda insanlararası və
komandadaxili qarşılıqlı əlaqələrin daha vacib aspektləri üzrə bir sıra sahələrdə nümunəvi
Komandanın üzvləri həmkardırlar: bütün komanda üzvləri bərabərdir; hər bir komanda üzvünün
fikri diqqətlə nəzərdən keçiriləcəkdir; hər bir komanda üzvü bütün öhdəlikləri razılaşdırılmış
43
lazımi vaxtda yerinə yetirəcəkdir; hər bir komanda üzvü müntəzəm olaraq komanda üzvlərinin
komanda normalarına riayət edib-etməməsini qiymətləndirəcəkdir.
Komanda üzvləri arasında ünsiyyət: komanda üzvləri bir-birilərilə hörmətlə danışacaq, bir-
birilərilə yüksək səslə danışmayacaq, komandanın dəstəyini müsbət şəkildə etiraf edəcək və
minnətdarlığını bildirəcəkdir.
Komanda üzvlərinin iclaslar zamanı qarşılıqlı əlaqəsi: komandanı üzvləri bir-birilərinin sözünü
kəsmədən dinləyəcək, tərəfkeşlik və ya zidd söhbətlər etməyəcək; iclasların səmərəli keçməsi
üçün qaydalara əməl edəcək, iclaslara vaxtında gələcək; proqram (gündəlik) əsasında fəaliyyət
göstərəcək; hər iclasda protokol tərtib edəcək; iclasları vaxtında başa çatdıracaqdır.
Komandanın təşkili və funksiyası: rəhbərlik növbəli şəkildə həyata keçiriləcəkdir.
Komandanın menecerlər daxil olmaqla digər işçilərlə ünsiyyəti: komanda üzvləri nə haqqında və
nə vaxt ünsiyyət quracaqlarının razılaşdırılmasından əmin olmalıdırlar; komanda üzvləri haqqında
şikayətlərə ilk növbədə komandada baxılacaqdır.
Komanda probleminin həll edilməsi, münaqişələrin həlli və qərarların qəbul edilməsi: komanda
üzvləri konsensus əsasında qərar qəbul edəcəklər, lakin konsensus vaxtında əldə edilmədikdə,
qərarlar səs çoxluğu ilə qəbul ediləcəkdir; münaqişələr bilavasitə münaqişəyə səbəb olan
şəxslərin iştirakı ilə həll ediləcəkdir.
Komanda normaları komandanın uğurlu fəaliyyəti üçün komandanın zəruri hesab etdiyi mövzuları
əhatə edəcəkdir. Bir neçə norma ilə başlayın və zəruri olduqda, yenilərini əlavə edin. Komanda
normalarının komanda üzvlərinə öz öhdəliklərini xatırladan ünvana yazılmasını və ya göndərilməsini
təmin edin.
3.5.2. T
ələbələr üçün fəaliyyətlər
Fərdi:
Ailənizdən, dostlarınızdan, məktəbdən, asudə vaxt fəaliyyətlərindən və işinizdən sizə
məlum olan qrup normaları haqqında düşünün. Onlar haqqında qısaca danışmağa
çalışın. Məsələn, Ailəmizdə biz……
Komanda normaları mövcud olmadığı vaxtlarda hansı problemlərlə üzləşdiyiniz barədə
düşünün və onlar haqqında qısaca danışın.
Valideynlərinizdən öz iş yerlərindəki komanda normaları barədə müsahibə götürün.
Öz peşəniz sahəsində ən tipik komanda normalarını təsvir edin.
Qruplarla:
Yuxarıdakı sahələrdən hər biri üzrə sinfinizin istifadə edə biləcəyi qrup normalarına dair
nümunələr hazırlayın.
Bu normaları bir-birinizə təqdim edin və hər sahəyə dair 3 normanı qəbul edin.
Rol oyunu keçirin: Qrupda bir nəfər liderdir və o, qrupla birlikdə komanda normalarını
hazırlamalıdır. Qrup rollarının hər biri oynanılır və onlar hamısı qəbul etmək istədikləri
komanda normalarına dair 3 nümunə hazırlamalıdırlar.
3.5.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: