İş etikası - iş həyatındakı davranışları idarə edən etik prinsiplər və standartlar toplusudur. İş yeri
etikası, peşə etikası anlayışları ilə də ifadə olunur. Hər hansı davranışın etikaya uyğun olub,
olmadığını təkcə fərdlərin etika və dəyərləri təyin etmir. Kütləvi informasiya vasitələrinin, müxtəlif
təşkilatların və sosial qrupların daxil olduğu cəmiyyət tərəfindən təyin edilir.
Alman əsilli sosioloq və fizik Albert Şvaytzer etikanı şəxslərin müsbət davranışları kimi ifadə etmişdir.
Onun fikrincə; etika təkcə öz işçilərimizin yaxşılığını yox, digər insanların da yaxşılığını nəzərə alma
məcburiyyətidir. Qızıl qayda odur ki, başqalarının sizə necə davranmasını istəyirsinizsə, siz də onlara
İş etikası şirkət daxilində qəbul edilən etik qaydaların necə ifadə olunacağını və rəhbərlərin şirkətin
idarə olunmasında bu qaydaları necə həyata keçirəcəyini göstərən anlayışdır. Müəssisələrdə
davranışların etikaya uyğun olub-olmaması əslində nisbidir. Bu səbəbdən müəssisələrdə etik
qaydaların təyin edilməsi heç də asan olmur. Çünki “siqaret çəkmək qadağandır!” yazısı əks olunmuş
45
bir mühitdə işləyən insanlar üçün siqaret çəkmək qeyri-etik davranış sayılmaya bilər. Lakin müəssisə
üçün əməl olunması vacib qeyri-etik davranışdır.
İş həyatı bir tərəfdən məhsul, digər tərəfdən xidmət alış-verişi ilə məşğuldur. Yəni iş eyni zamanda
pul, mənfəət, uğur deməkdir. Bəzi insanlar üçün də iş həyatı təkcə bunlardan ibarətdir. Həmin
insanlar iş həyatıyla əlaqədar yalnızca belə düşüncələrə sahibdirlər:
“Doğruluq indiyə kimi kimi varlı edib?”
“Hamı edir, mən niyə etməyim?”
“İş həyatında aldatmayan varmı?”
“Səni tutmadıqları müddətdə, nə edə bilirsənsə et” və s.
İş etikası iş həyatında hökm sürən doğru və yalnış davranışları əhatə etməkdədir. Digər mənada iş
etikası dürüstlük, sözündə durmaq, təbiətə qayğı göstərmək, haqq-hüquqa riayət etmək, edilən
haqsızlıqlara qarşı çıxmaq kimi dəyərlərlə maraqlanır. Lakin dürüstlük, hörmət və ədalət kimi
anlayışlar ümumi anlayışlardır. Onların kəskin sərhədlərlə təyin olunması çətindir. Bu baxımdan, etik
qaydaların təyin olunmasında və inkişafında fərdlərin ətrafı, ailəsi, xarakteri böyük rol oynayır.
İnkişafın hər mərhələsində fərdi xüsusiyyətlər vacib faktordur.
4.1.2.
T
ələbələr üçün fəaliyyətlər
“Etika nədır?” sualını lövhədə yazın və şifahi şəkildə ifadə edin. Tələbələr sualla bağlı
biliklərini nümayiş etdirsin. Bildirilən bütün fikir və mülahizələri şərh vermədən
lövhədə qeyd edin. Bütün fikirlər ifadə olunduqdan sonra, tələbələr lövhədə qeyd
edilən fikirlərin lehinə və əleyhinə olan fikirlərini qeyd etsin, müzakirə olunan mövzu
üçün faydalı hesab etdikləri ideyaları seçsin.
Qruplara ayrılın. Hər qrup “Başqalarının sizə necə davranmasını istəyirsinizsə, siz də
onlara o şəkildə davranın.” cümləsində ifadə olunan mənaya uyğun başqa ifadələr,
atalar sözləri yazsın. Mənanı ifadə edən başqa ifadə və atalar sözlərini ən çox tapmış
komandanı qalib seçin. Qalib komanda təqdimat etsin.
Hərkəs Azərbaycan mədəniyyətində seçdiyi bir sahədə adət-ənənəni araşdırsın. Qonaq
qarşılama, yemək adəti, qonaq getmə və s.
1.Çıxan nəticələri sinfə təqdim etsin.
2.Adətlər və etik qaydalar arasında nə kimi oxşar və fərqli cəhətlər olduğunu izah etsin.
“Çiçək oyunu”
Sinfi qruplara ayırın. Hər qrupdan mərkəzində “sinif üçün etik davranışlar” yazılmış
çiçək rəsmi çəkməsini istəyin. Etik davranış hesab etdikləri davranışları çiçəyə ləçək
çəkərək üzərinə əlavə etsinlər. Ləçək sayı çox olmuş komandanı qalib seçin. Qalib olan
komanda etik davranış hesab etdiyi davranışları təqdim etsin. Təqdimat əsasında
müzakirə təşkil edin. Müzakirənin sonunda rəsmi sinif otağında görüləcək uyğun bir
yerə yerləşdirin.
Sinif
etikası
46
Hər bir tələbə tanıdığı bir müəssisənin (alişveriş mərkəzi, kafe, təhsil müəssisəsi və s)
etik davranışlarını araşdırsın. Seçilən müəssisənin etik qaydaları əsasında təqdimat
edin. Hansı qaydanın nə üçün əlavə olunduğunu izah edin.
47
4.1.3.
Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: