Etik normalar və prinsiplərin təyin olunması asan deyil. Bir çox insan özlərinə düzgün gələn
davranışları vicdanlarının səsinə görə təyin edirlər. Etik normaların məqsədi bütün xoşagəlməz
davranışların kökünü kəsmək deyil. Əgər müəyyən insan qrupu müəyyən zamanda daha əxlaqlı
Əxlaq fərdi və ya qrupu yönləndirən davranış prinsipləridir. Əxlaq fərdin şəxsi həyatında
istifadə edildiyində fərdi əxlaq, peşəkar və peşə sahəsində istifadə edildiyində məsuliyyət əxlaqı
Mənəvi əxlaq xarakter və davranışda nəyin yaxşı, nəyin pis olmasıdır. Şəxsi əxlaq isə fərdin
nəyi doğru, nəyi yalnış olduğu mövzusunda şəxsi inanclarıdır. Əxlaqi dəyərlərdə də əsas nəyin
Doğruluq – prinsipləri olan, hörmətcil, qaydalara sadiq olan, ikiüzlülükdən qaçmaq,
Sözündə duran – güvənilən, verdiyi sözü tutan, öhdəliklərini yerinə yetirən, həm
Sədaqətli – ailəyə, dostlara, Vətənə sədaqətli olan, peşəkar fəaliyyətdə mənfəətini
49
Ədalətli – qərəzsiz və açıq fikirli olan, xətaları qəbul edən, haqq və hüquqa bağlılığını
göstərən, fərdlərə münasibətdə fərq qoymayan, başqalarının xəta və əskikliklərindən
özünə fayda əldə etməyən;
Yardımsevərlik – düşüncəli, bölüşən, başqalarına kömək edən və zərər verməkdən
çəkinən;
Hörmətcil olmaq – şəxslərin haqqlarına, şəxsi həyatlarına və şəxsi seçimlərinə
hörmət edən, mədəni olmaq, başqalarını alçaldıcı davranışlar etməmək;
Vətəndaşlıq məsuliyyəti – qanunlara əməl etmək, cəmiyyətə faydalı, bütün
demokratik haqq və hüquqlarından istifadə edən (səs vermədə iştirak etmək, fikrini
bildimək və s.), lazım olmadıqca gizlilikdən və məlumatları gizlətməkdən qaçmaq;
Ən yaxşını axtaran – hər mövzuda ən yaxşını axtarmaq, güvənilən, məhsuldar olmaq.
Potensiyalı daxilində bütün vəzifələrdə hərşeyin ən yaxşısını etmək, mübarizlik
göstərmək;
Məsuliyyətli – veriləcək qərarlarda məsuliyyətli ola bilmək, davranışlarıyla nümunə
olmaq, öz davranışlarının məsuliyyətini daşımaq, nəticələrini nəzərə almaq,
empatiya qura bilmək (özünü başqasının yerinə qoymaq), ailə, müəssisə, dövlət üçün
inanılan fərd olmaq.
Etik qaydaların müəyyən olunması işçilərin həmin qaydalara əməl etməsinə səbəb olur. Etik
normaları mənimsəyən fərdlər eyni qaydalar içində fəaliyyət göstərirlər. Bu da həm onlar
arasında bağlılığın artmasına, həm də həmin qaydaları bir-bir öyrənmələrinə ehtiyac
duymamasına gətirib çıxarır. Etik qaydalara əməl etmək fərd və müəssisə adına hər zaman fayda
verir.
4.2.2.
T
ələbələr üçün fəaliyyətlər
Sinfi 2 qrupa bölün. Bir qrup mənfəətyönümlü, digər qrup vəzifəyönümlü
davranış qəlibini izah etsin. Çıxan nəticələr əsasında müzakirə təşkil edin. Etik
davranış qaydalarının formalaşmasında hər iki davranış qəlibinin rolunu misallarla
ifadə edin.
Bir qrup əxlaqyönümlü davranış qəlibi mövzusunda 15-20 dəqiqəlik diskussiya
aparsın. Digər qrup izləyici qismində həmin qrupu dairəyə alın. Diskussiya aparan
qrupun qaydalara əməl edib etmədiyini dəyərləndirin. Daha sonra qruplar yer
dəyişdirin.
Sinfi qruplara bölün. Hər qrup növbəti günlər ərzində istədikləri mühitdə (ev,
məktəb, qonaqlıq və s.) müşahidə aparsın. Müşahidələrin sonunda hansı əxlaq
normalarının çoxluq təşkil etdiyi mövzusunda təqdimat hazırlayın.
Sinfi iki qrupa bölün. Hər qrup əxlaq normaları ilə bağlı xüsusiyyətləri açıqlasın. Ən
çox normanı xüsusiyyəti ilə birgə açıqlayan qrupu qalib seçin.
4.2.3.
Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: