Peşəkar ideologiyanı qərəzsizlik, ədalətlilik, obyektivlik, cəmiyyətə faydalı olma prinsiplərinə
əsaslanan, sosial problemlərə elmi və humanist yanaşan insanların ideologiyası kimi açıqlamaq olar.
Peşəkar ideologiyanın mənbəyində mütəxəssis olma, məsuliyyətlilik, müstəqillik, bağlılıq və
13
Peşəkar etik kodekslər
Bütün ictimai fəaliyyət formaları özünəxas əxlaq sistemi qurmağa ehtiyac duyur. Peşəkar etik
kodeks peşə sahiblərinin davranışını, ya da fəaliyyətlərini yönləndirən mücərrəd qaydalar
toplusudur. Bir-birindən fərqli nə qədər peşə varsa, bir o qədər də peşə əxlaqı vardır. Bir alim üçün
etik addım düzgün bildiyini ifadə etməkdirsə, bir din alimi, ya da generalın peşə əxlaqının
qaydalarına əsasən düzgün bildiyini söyləməsindən çox, itaət etməsi önəmlidir. Bir həkimin
öləcəyini bildiyi xəstəyə yalan demək məcburiyyətində olmasının əxlaqi prinsiplər baxımından necə
qiymətləndirilməsindən asılı olmayaraq həkimin peşə etikasına uyğun davranışdır.
Peşə daxilində bütün fərdlərin qarşılıqlı münasibətlərini tənzimləmək baxımından etik kodekslər
vacib əhəmiyyətə malikdir. Etik kodeks bir peşənin yüksək səviyyədə məsuliyyət sahibi olduğunu
göstərdiyi üçün cəmiyyətin inamını qazanır. Peşəkar hər yerdə, hər şəraitdə mənfəəti düşünmədən
və ayrı-seçkilik etmədən xidmət təklif edən şəxsdir.
Peşəkar etik kodeks, xüsusilə 1950-ci illərdən sonra baş verən elmi və texnoloji dəyişiklərin
nəticəsində meydana çıxan problemlər qarşısında daha da böyük əhəmiyyət kəsb etmişdir. Hazırda
həm dövlət, həm özəl müəssisələr etik kodekslərini təyin edir, bununla da müəssisə daxilində bir
mədəniyyət formalaşdırırlar.
1.3.2. T
ələbələr üçün fəaliyyətlər
Lövhədə asılmış kağızın birinci üzündə “Yüksək dərəcədə sistemli bilik”, ikinci üzündə
“hündür və uca sözlərinin sinonimidir”, “elm, savad mənalarını verir”, “müəyyən
nizam üzrə” kimi ifadələr yazılsın. Tələbələrdən kağızın ikinci üzündə verilmiş
ifadələrdən əsas mənanı tapmaları istənilsin. Tələbələrə dəstək üçün yeni ifadələr
əlavə edilsin, sonda çıxan nəticədən mövzunun müzakirəsi başlasın.
Qruplara ayrılın. Hər qrup təhsil aldığı müəssisədə yoldaşlarıyla birgə hansı dəyərləri,
qaydaları, prinsipləri bölüşdüklərini yazsın. Təhsil müəssisəsinin formalaşdırdığı əsas
xüsusiyyətlər, çıxan nəticələr əsasında müzakirə edin.
Qruplar hər biri bir peşə seçərək peşəkar etik kodeksi hazırlasın. Daha sonra Venn
diaqramı köməkliyi ilə peşələrin etik kodeksləri arasında fərqli və oxşar cəhətlər
müzakirə edin.
Misal üçün: Həkimlik və müəllimlik sənəti üçün oxşar və fərqli etik kodekslər:
fərqli
oxşar
fərqli
14
1.3.3. Qiym
ətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Dostları ilə paylaş: