Baza modulu üzrə Təlim Materialı


Peşəkar davranışın əsas meyarlarının təsnifi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   12   13   14   15   16   17   18   19   ...   84
Peşə etikası

Peşəkar davranışın əsas meyarlarının təsnifi

Peşəkarlıq  meyarlarını  fəaliyyət  prosesində  sahib  olunması  vacib  olan 

xüsusiyyətlər şəklində izah edə bilərik. Peşəkar davranış meyarlarına aiddir: 

Yüksək dərəcədə sistemli bilik 



Peşəyönümlü təşkilatçılıq 

Peşəkar ideologiya 



Etik davranış kodeksi 



Yüksək dərəcədə sistemli bilik

      


Peşəkarlığın cəmiyyətdə nüfuz və mövqe qazanmasının ən əsas səbəbi kimi peşə sahiblərinin 

sahib olduğu sistemli biliyi göstərmək olar. 

       Mütəxəssislik biliyi hər dövrdə bu biliyə sahib insan və ya qrupların əhəmiyyətli dərəcədə nüfuz 

qazanmalarına  səbəb  olmuşdur.  Yüksək  səviyyədə  bacarıq  peşələrdən  başqa,  peşə  olmayan 




12 

fəaliyyətlər üçün də vacib olduğundan, peşəkarlığın ayırdedici xüsusiyyəti aid olduğu sahə üzrə bilik 

və  bacarığının  olmasıdır.  Peşəkarlar  öz  sahələrində  meydana  gəlmiş  problemlərə  yönəlmiş  biliyi 

tətbiq etməkdən əlavə, biliklərini daima yeniləmək məcburiyyətindədirlər.  

       Peşə  biliyi  ilə  bağlı  Ceyms  və  Peloyl  tərəfindən  aparılmış  tədqiqatda  maraqlı  nəticələr  əldə 

edilmişdir. İndetermination (I) (məlum olmayan)– technicality (T) (texnika)çərçivəsindən əldə edilən 

bu araşdırmada: İndetermination -  fərdin peşəkar inkişafında sahib olduğu bilik, bacarıq, təcrübə 

və  yanaşmasından  ibarət  olan  fərdəməxsus  xüsusiyyətlər  toplusu,  başqa  sözlə  fərdi  və  sosial 

qazanclardır.  Technicality  –  peşəyönümlü  fəaliyyətdə  əsas  təşkil  edən  texniki  qaydalardır.  I/T 

balansını aşağıdakı kimi ifadə edə bilərik: 

       Hər  fəaliyyət  müəyyən  qədər  İ/T  balansına  sahibdir.  Bu  nisbət  onların  peşəkarlaşma 

prosesindəki mərhələlərini təyin edir.  

      Nəzəri bilik praktiki biliyə görə öyrənilməsi daha çətin olan bilik formasıdır. Misal üçün, həkimin 

xərçəng  xəstəliyinə  səbəb  olan  virusu  tapması,  xərçəng  xəstəliyi  ilə  bağlı  hər  hansı  bir  əməliyyatı 

həyata  keçirməsindən  daha  çətindir.  Viber  də  biliyi yaratdığı  gəlir  və  başqa  imkanları  səbəbindən 

gücün  qaynağı  adlandırmışdır.  Nəzəri  biliyin  praktiki  təcrübəyə  köçürülməsi  isə  peşəkarlaşma 

baxımından çox vacib məsələdir. 

      Peşə biliyi texniki və mənəvi yetkinliyə sahibdir. Texniki bilik fərdin sahib olduğu nəzəri biliyin, 

praktik  təcrübədə  müvəfəqiyyət  qazanmasına  səbəb  olmasıdır.  Mənəvi  yetkinlik  isə  peşəkarın 

birbaşa  işi  ilə  bağlı  yox,  həm  də  fərdi  və  sosial  iş  sahələri  ilə  əlaqədar  bütün  sahələrdə  sahib 

olduqları  yetkinlikdir.  Belə  ki,  peşəkarın  müəyyən  bir  mövzuda  necə  yol  izləyəcəyi  onun  texniki 

yetkinliyini,  cəmiyyətə  təsir  edəcək  fikir  və  fəaliyyətləri  isə  mənəvi  yetkinliyinin  göstəricisidir. 

Həkimin  xəstənin  müalicəsinə  yönəlmiş  həll  yolu,  mühəndisin  körpü  tikintisində  seçdiyi  texniki 

avadanlıqlar və üsullar birbaşa texniki yetkinliyə aiddir. Həkimin ümumi səhiyyə sistemi haqqında, 

fizikin,  və  ya  mühəndisin  nüvə  stansiyalarının  qurulması,  ekoloji  siyasət  haqqında  fikir  bildirməsi, 

fəaliyyət  icra  etməsi  onun  mənəvi  yetkinliyinə  misal  ola  bilər.  Həm  texniki,  həm  də  mənəvi 

yetkinliyin olması peşəkarlıq üçün vacib elementdir. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin