Baza modulu üzrə Təlim Materialı


Vaxt – bir anlayış olaraq



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə24/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   20   21   22   23   24   25   26   27   ...   84
Peşə etikası

Vaxt – bir anlayış olaraq

Vaxt  anlayışı  fəaliyyətin  icra  olunduğu  müddətdir.  Başqa  sözlə,  fəaliyyət  yoxdursa,  vaxt  da

yoxdur.  Bir  anlıq,  yerkürəsində  və  kainatda  hərəkətdə  olan  hərşeyin  dayandığını  düşünün,  belə  bir 

sabit vəziyyətdə vaxt anlayışından söhbət gedə bilməz. Vaxt ölçülən və ya ölçüləbilən davamlılıqdır. 

Tarix  boyunca  fəlsəfənin  maraq  dairəsinə  daxil  olmuş  olsa  da,  riyaziyyat  və  fizika  elmləri  də  vaxt 

anlayışını tətqiq etmişdir.  

Aristotelin  də  fikrincə,  vaxt  hərəkət  nəticəsində  meydana  çıxmışdır,  deməli,  hərəkətliliyin 

nəticəsidir. Vaxtın ölçülməsində bir-birindən müstəqil olan iki əsas ölçü vahidlərindən istifadə edilir: 

 Atomik  ölçü  vahidi  –  sezium-133  atomunun  şüalanma  periodunun  9192631770  mislinə

bərabər zaman;

 Dinamik ölçü vahidi – fəza cisimlərinin cazibə qüvvəsindən faydalanılaraq. Bu ölçü vahidi

nəticəsində ay (qəməri), günəş (şəms) təqvimləri meydana çıxmışdır.

İlləri və günləri vahidlərə bölmək ilk dəfə Şumerlər və Misirlilərdə, davam edən vaxtı düzgün 

şəkildə ölçmək isə Yunan və Roma mədəniyyətlərində inkişaf etmişdir. 

Vaxt hərkəsin eyni miqdarda sahib olduğu, lakin hərkəsin eyni şəkildə istifadə edə bilmədiyi 

məfhumdur. Dünyada hamı üçün gün 24 saat, həftə 168 saat, bir ay 720 saat və bir il 8760 saatdır. 

Vaxt  sabitdir,  bəzilərimiz  üçün  sürətli,  bəzilərimiz  üçün  asta-asta  axmır.  Dəqiqənin  1/60-i  saniyə, 

saniyənin  1/60-i  salisədir.  Salisə  insan  tərəfindən  hiss  edilmir,  bunu  yalnızca  xronometrlə  ölçmək 

mümkündür.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin