Peşəkar kariyerada liderlik
Peşəkar kariyerada ən yüksək mövqe kimi lider olmağı misal göstərmək olar. Peşəkarlığın
önəmini, ümumilikdə, kariyera inkişafında əhəmiyyətini daha yaxşı anlamaq üçün liderlik anlayışına
nəzər salaq.
Lider iş əxlaqı prinsiplərini əsas alan, innovativ və yeniliyə açıq idarəetmə anlayışısı təmsil
edən qabaqcıl insandır. Bu mövqedə vəzifə tutan insanların əsas məqsədi fərqli olmaq, ya da hər
hansı status qazanmaq deyildir. Əsas məqsədləri fərdləri birgə hədəflər istiqamətində işlətmək və
rəqiblərdən önə çıxmaqdır. Əgər lider olmaq istəyirsinizsə ən yaxşı fikirləri tapmalı, həyata keçirməli
və həyatınız boyunca öyrənməni davam etdirməlisiniz. Liderin əsas xüsusiyyətlərinə nəzər yetirək:
- Dəyişim mühəndisidir və yeniliklərə hər zaman açıqdır;
- Şəxsi baxış strategiyasına və hədəfə sahibdir;
- Müəssisədə yenilikləri anlama, məlumatlandırma və təhlil etmə qabiliyyətinə
sahibdir;
- Mübariz, çalışqan və həvəslidir;
- Müəssisə daxilində inkişafa dəstək və motivasiyaedici mühit yarada biləndir;
- Ünsiyyət bacarıqları yüksəkdir;
- İntellektualdır, yalnışlarından hər zaman dərs çıxarır;
- Söz və davranışları eynilik təşkil edir;
- Güclü və zəif cəhətlərini yaxşı tanıyır;
- Mövcud bazardakı inkişafı, trendləri, sosial ehtiyaclardakı dəyişiklikləri analiz etmə
qabiliyyətinə sahibdir.
- Qrup ruhu fəlsəfəsinə inanır, qazanılan uğuru bütün işçilərə aid olduğunu bilir.
Sonda
Peşəkarlıq anlayışı haqqında yazılanlardan artıq onun kriteriyaları, meyarları, kariyera
inkişafında rolu haqqında məlumat sahibi olduq. Bu təlim nəticəsinin sonunda peşəkarlığı ən gözəl
şəkildə ümumiləşdirən kəlamları xatırlayaq:
“Bir elm öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.”
Nizami Gəncəvi
1.4.2. T
ələbələr üçün fəaliyyətlər
Qruplara ayrılaraq hər biriniz peşəkarlığın bir prinsipini əsas alaraq təhlil
edin. Edilən təhlillər digər qrup üzvləri arasında müzakirəyə çıxarılsın. Müzakirə
sonunda öz kariyeralarında peşəkar kimi hansı addımları atacağınızı qeyd edin.
Qruplar şəklində öz sahəsinizdə peşəkarlıq qazanmış, tanınmış şəxslərin həyatı
haqqında tədqiqat aparın. İstənilən birini seçin və onun uğur hekayəsini siniflə
paylaşın. İşinin peşəkarı olmuş şəxsin qazancı və qazandırdıqları haqqında müzakirə
təşkil edin.
Siniflə birgə seçilən ixtisasda peşəkar sayılan bir şəxsi qonaq edin. (qonaq olun)
Tələbələrin hazırladıqları suallardan ibarət təşkil olunmuş görüşdən sonra müzakirə
təşkil edin. “Nələri öyrəndiniz?”, “hansı nüanslar sizə motivasiya verdi?” kimi suallarla
mövzunu aydınlaşdırın.
16
17
1.4.3. Qiym
ətləndirmə
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
Dostları ilə paylaş: |