Baza modulu üzrə Təlim Materialı


“Peşəkarlıq anlayışının nə olduğunu müəyyən edir”



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə12/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   8   9   10   11   12   13   14   15   ...   84
Peşə etikası

“Peşəkarlıq anlayışının nə olduğunu müəyyən edir” 

Peşəkarlıq dedikdə nə başa düşürsünüz?



Peşəkarlığın anlayış olaraq hansı vacib cəhətləri olduğunu qeyd edin.

Peşə ilə peşəkarlıq arasında hansı əlaqələr vardır?



Peşəkarlıq anlayışını daha hansı sözlərlə ifadə edə bilərsiniz?

Sizin fikrinizcə peşəkar insan kimdir?






1.2.1. Peşəkarlığın əsas kriteriyalarını izah edir 



Peşəkarlığın əsas kriteriyaları

Əlaqəli  ədəbiyyatlara  nəzər  yetirsək,  bir  peşənin  professional  olub-olmaması  bəzi 

kriteriyalar  əsasında  müzakirə  edilir.  Peşəkarlıq  kriteriyalarına  dair  ilk  geniş 

açıqlama  Abraham  Flekser  tərəfindən  2001-ci  ildə  edilmişdir.  Onun  fikrincə 

peşəkarlığın qiymətləndirilməsində əsas alınan kriteriyalar aşağıdakı kimidir: 

 Fərdi məsuliyyətin olması;

 Biliyin əsaslı şəkildə öyrənilmiş olması;

 Nəzəri biliyin daim yenilənməsi;

 Nəzəri və praktiki biliyin texnikalarının öyrədiləbilən olması;

 Qrup işinin əsaslı şəkildə təşkil edilməsi;

 Alturizm  (özgəçilik,  başqaçılıq)  yoluyla  fərdlərin  bir-birlərinə  yardım  etməyə  və

cəmiyyətin xeyrinə işləməyə istəkli olması.

Pavalko 1971-ci ildə peşəkarlığın kriteriyalarını aşağıdakı kimi ayırd etmişdir: 

 bilik yükü (teorema) fonunda,

 cəmiyyətin əsas sosial dəyərləriylə əlaqəli,

 təhsil müddəti və keyfiyyəti ilə,

 astronomiya elmi ilə,

 peşəyə bağlılıqla,

 birlik inancıyla,

 cəmiyyətə xidmətlə,

 peşə etikası ilə.

Hildegar  Peplau  isə  peşəkarlığın  ancaq  təcrübə  qazanaraq  əldə  ediləcəyini  düşünən 

sosioloqlardandır.  Bir  digər  tədqiqatın  nəticəsi  olaraq  Bernard  Barber  peşəkarlığın  davranışa  bağlı 

dörd əsas keyfiyyətini aşağıdakı kimi göstərmişdir: 

1. Normal təhsildən fərqli, müəyyən qayda-qanun çərçivəsində planan təhsil;

2. Fərdi mənfəətdən daha çox cəmiyyətə yönəlmiş xeyir;

3. Peşələrin sosiallaşması prosesində mütəxəssislərin könüllü olaraq peşə təşkilatları ilə əlaqə

qurmaları  və  bu  təşkilatların  meydana  gətirdiyi  etik  qaydalar  fonunda  öz  davranışlarını

təhlil etməsi;

4. İşləyənlərin motivasiyasını artırmağa yönəlmiş mükafatlandırmanın olması.

Bundan  əlavə,  Steven  Kerr,  Meri  An,  Fon  Qlinov,  Cenet  Şrişeym,  Roberg  və  başqaları  peşəkarlığın 

kriteriyalarına dair aşağıdakıları qeyd etmişlər: 

 Peşəyə bağlı dərnək və peşə təşkilatlarının varlığı;

 İş şəraitində müstəqil hərəkət etmə haqqı;

 Uzunmüddətli, təsirli və əhatəli təhsil;

 Təqdim edilən xidmətin sosial rifah nəzərə alınaraq yerinə yetirilməsi;

 Seçilmiş sahədə işləmək üçün lazımi keyfiyyət və yetərliliyə sahib olunması.

Bütün bu kriteriyalara nəzər yetirdikdə, görürük ki, demək olar ki bu sahədə araşdırma aparmış hər 

tədqiqatçının, sosioloqun peşəkarlıq haqqında kriteriyaları eynilik təşkil edir.  




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin