Peşəkarlığın
vacibliyi
İnsanlığın var olması ilə birgə hər keçən gün dəyişən demoqrafik vəziyyət və inkişaf edən
cəmiyyətin gözləntilərinə cavab verməyə çalışan iş sahələri xüsusi mütəxəssislik tələb edən peşələrin
yaranmasına təkan vermişdir. Mütəxəssisləşmə nəticəsində bir iş, sənət, fəaliyyət və ya məşğulluq
peşəkar statusa gətirib çıxarmışdır.
Peşəkarlıq əsasən inanılan və vacib olduğu qəbul edilən, ancaq nə olduğu tam anlaşılmayan
qavramdır. Bu ifadə illərdir müxtəlif peşə sahibləri tərəfindən araşdırılmaqdadır. Belə ki, bu ifadə
fərqli peşə qrupları, eyni zamanda şəxsin fərdi xüsusiyyətlərinə görə müxtəliflik göstərir. Lakin bu bir
həqiqətdir ki, texnologiyanın həyatımızla eyni sürətlə inkişaf etməsi peşəkarlığın vacibliyini göstərən
bir digər mühüm səbəbdir. Bir işin peşəkarı olmaq həmin işin bütün incəliklərini bilməyi gərəkdirir.
Peşəkarlıq cəmiyyətdə iş görən hərkəsin mənimsəməli olduğu düşüncə və davranış formasıdır.
Hər insanın özünəməxsus bacarıqları, istedadı, potensiyalı, fərqli gizli gücləri vardır. İnsanlar
həyatları boyunca bunu meydana çıxarmaq, istifadə etmək və inkişaf etdirmək istəyirlər. Bu inkişafı
7
da təmin edən sahib olunan sənət, peşədir. Peşə- insanların həyatda mövqe tutmaq üçün təhsil
vasitəsilə qazandıqları bilik və bacarıqlara dayalı fəaliyyətlər toplusudur. Hər peşə özünəxas vəzifə,
rol, fəaliyyətlərdən əlavə, ümumi bir sıra funskiyalarda da yer alır. Bunlardan peşə üçün xüsusi,
spesifik rol və fəaliyyətlər həmin peşəyə peşəkarlıq keyfiyyətini qazandırır. Peşəkarlığın inkişaf
etməməsi ilk öncə fərdə, daha sonra isə daxil olduğu müəssisəyə təsir edir. Bu da xidmətdə
keyfiyyətin aşağı düşməsinə və təşkilati problemlərin yaranmasına gətirib çıxarır. Peşəkarlıq
mütəxəssislərin vəzifə və öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi ilə paralel olaraq inkişaf
edir. Mövzular irəlilədikcə peşəkarlığın əhəmiyyəti daha da aydınlaşacaq.
Dostları ilə paylaş: |