Peşəkarlıq
anlayışı
Lüğətdəki mənasına nəzər yetirsək - peşəkarlıq : “bir işi qazanc əldə etmək məqsədilə edən”,
“Ustalaşmış, mütəxəssis” sözləri ilə ifadə edə bilərik. İngiliscə “profession” isim olaraq fəaliyyət, peşə,
iş, sənət; eyni peşədən olan insanlar qrupu, məsləkdaşlar mənasını verir. Sifət olaraq işini pul
qarşılığında edən, professional mənalarını ifadə edir.
Yuxarıda da göründüyü kimi peşəkarlıq lüğəti mənada peşə, peşə sahibi olma sözləriylə eyni
mənanı ifadə edir. Sosioloqlar peşəkarlıq anlayışını bir işi bilik bütünlüyü və mütəxəssislik bacarıqları
təməlində, cəmiyyətin rifahını artırmaq üçün xidmət kimi ifadə edirlər. Peşəkarlıq dinamikdir və
cəhd göstərməyi özündə ehtiva edən prosesdir. Bir işi ən düzgün və məsuliyyətlə, bundan əlavə, ən
az xəta ilə yerinə yetirmək peşəkarlığın göstəricilərindəndir. Peşəkarlıq – mütəxəssislərin aid
olduqları peşə və ya sənətin xarakterinə uyğun təqdim etdikləri xidmətdir.
Eyni zamanda bu xidmətin keyfiyyətini artırmaq və daha yaxşısına çatmaq üçün səy göstərmək,
davamlı inkişafla bərabər özünəməxsusluğunu ortaya qoymaq da peşəkarlığın göstəricilərindəndir.
Dostları ilə paylaş: |