Baza modulu üzrə Təlim Materialı


İstinad olunan mənbələr ............................................................................................................ 60



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   2   3   4   5   6   7   8   9   ...   84
Peşə etikası

İstinad olunan mənbələr ............................................................................................................ 60 




Giriş 

Peşə  etikası,  adından  da  göründüyü  kimi  təhsil  alan  tələbələr  üçün  son  dərəcə 

əhəmiyyət kəsb edən baza modullarından biridir. Bu modulu bitirdikdən sonra hər bir tələbə 

peşəkarlığın  nə  olduğunu  aydınlaşdıracaq,  vaxtın  əhəmiyyətini  dərk  edərək  ondan  yüksək 

səviyyədə necə faydalanacağını biləcək, qrup daxilində işləmə bacarığı və iş yerində davranış 

qaydalarını bilməklə gələcək kariyerasına hazırlıqlı olacaqdır.  

Modul  özündə  dörd  təlim  nəticəsini  birləşdirir.  Hər  təlim  nəticəsinin  müxtəlif 

fəaliyyətlərlə dəstəklənməsi, tələbələrin mövzunu daha səmərəli qavramasına şərait yaradır.  

Birinci  təlim  nəticəsini  tamamladıqdan  sonra  tələbə  peşəkarlığın  nə  olduğunu,  kariyera 

inkişafında  rolunu  və  əsas  prinsiplərinin  nə  olduğunu  bilir.    Peşəkarlıq  yolunda  atılacaq 

addımların nə olduğunu,  öz istisasında mütəxəssis olmağın əhəmiyyətini və işəgötürənlərin 

peşəkarlıq yönündəki tələbləri ilə tanış olur.  

İkinci  təlim  nəticəsini  bitirdikdən  sonra  tələbə  vaxt  anlayışının  əhəmiyyətini, 

vacibliyini  dərk  edir.  Fərdi  plan  qurma  bacarığına  yiyələnməklə  həm  şəxsi,  həm  də  sosial 

həyatında  vaxtdan  səmərəli  istifadə  edir.    Vaxtdan  səmərəli  istifadədə  qarşıya  çıxan 

əngəllərlə  necə  mübarizə  aparacağını  aydınlaşdırır.  Vaxtın  idarə  olunmasında  əsas 

yanaşmaların nə olduğunu bilir.  

Üçüncü  təlim  nəticəsini  bitirdikdən  sonra  tələbə  qrup  daxilində  səmərəli  işləmə 

bacarığının gətirdiyi üstünlükləri və iş həyatında tətbiq olunma yollarını dərk edir.   

Dördüncü  təlim  nəticəsini  bitirdikdən  sonra  tələbə  iş  yerində  davranış  qaydalarını  təhlil 

etməklə,  müəssisə  üçün  ən  faydalı  davranış  formasını  seçir.  Müəssisədaxili  və  müəssisə 

xaricində olan qruplarla necə davranacağını, sosial öhdəliklərin nə olduğunu və ümumilikdə 

iş  etikası  anlayışını  ayırd  edir.  Fərdi  davranışın    iş  etikası  qaydalarının  formalaşmasında  nə 

kimi rolu olduğunu dərk edir.  







Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin