Aşağıdakı diaqrama baxın – ümumiyyətlə, necə insan olduğunuzu düşünürsünüz? Göstərilən boş
37
Diaqram 3.1. Fərqli insan tipləri
Rollara dair nümunələr:
Əlaqələndirici/Rəhbər
Ümumi məqsədi müəyyən edir, əlaqəni və inkişaf konsepsiyasını təmin edir, məqsədləri
dəqiqləşdirir, hamının cəlb olunduğunu, öhdəlik götürdüyünü və həvəsləndirildiyini təmin edir,
qrupun səylərini əlaqələndirir, qərarların qəbul edilməsini və qrupun nailiyyətlər əldə etməsini təmin
edir.
Düşünən
Məlumatları toplayır və təhlil edir, deyilənlərə qulaq asır, baş verənləri izləyir. İdeyaları
dəstəkləməzdən əvvəl bəzən sakit olur, problemi yaxşıca təhlil edir, həll yollarını axtarır və
problemləri qabaqlayır.
Uğur qazanan
Müvəffəqiyyət qazanmaq istəyir və nəticələrə doğru can atır, məqsədə doğru tez irəliləmək istəyir,
gecikmələrə qarşı səbrsizdir, ehtimallara qarşı çıxır və təkmilləşdirmə ilə bağlı təkliflər verir, yüksək
həvəs nümayiş etdirir.
Qayğı göstərən
Hamının roluna uyğun olmasına görə narahat olur, ruh yüksəkliyinə şərait yaradır və komanda
ətrafında əlaqələr yaradır, komanda əhval-ruhiyyəsini formalaşdırmağa səy göstərir, hamını razı
salmağa çalışır, hisslərə və münasibətlərə diqqət yetirir, gərginliyi azaldır və müsbət əhval-ruhiyyəyə
şərait yaradır.
İcraçı
Həmişə fəal olmaq istəyir, başqalarına kömək etmək üçün hazırdır, nailiyyətlərin əldə edilməsini və
planlara riayət edilməsini görməyə çalışır, çoxlu müzakirələrdən bezir, vaxt itkisinə nifrət edir,
tapşırığı başa çatdırmaq üçün ciddi işləyir.
Qrupun şəxsi profilini yaratdıqda, fərdlərin güclü cəhətlərini aşkara çıxaran tapşırıqlar verin. Fəal
şəxslərə xırda detalları yoxlatdırmaq və ya daha çox ‘düşünən’ qrup üzvündən qrupun bütövlüyünü
təmin etməsini gözləmək heç də yaxşı fikir olmaya bilər. Bu rollardan öz qrupunuzda ən səmərəli
şəkildə necə istifadə edəcəyinizə dair qərar verin.
3.2.2. T
ələbələr üçün fəaliyyətlər
Mətndə sizin üçün yeni olan söz və ifadələri tapın və onları bir-birinizə
izah edin.
Müxtəlif rolların müsbət cəhətlərini müəyyən edin.
Müxtəlif rolların mənfi cəhətlərini müəyyən edin.
Valideynlərinizdən və ya digər şəxslərdən qrup işində oynadıqları tipik rollar
barəsində soruşun. Qrupa təqdim edin və müzakirə aparın.
38
Müxtəlif rolları əks etdirən rol oyunları hazırlayın. Öz peşənizə uyğun situasiyadan
istifadə edin.
Əlavə
mənbələrdən
(internet, kitab, jurnal və s.) istifadə etməklə qrup işi üçün
digər rollar axtarıb sinifdə təqdim edin.
3.2.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: