Baza modulu üzrə Təlim Materialı


Özünüzü və qrupunuzu təşkil edən şəxsləri tanıyın



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə50/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   46   47   48   49   50   51   52   53   ...   84
Peşə etikası

Özünüzü və qrupunuzu təşkil edən şəxsləri tanıyın

 Aşağıdakı  diaqrama  baxın  –  ümumiyyətlə,  necə  insan  olduğunuzu  düşünürsünüz?    Göstərilən  boş 

yerlərə qeyd edin: 

1 – dəqiq mənəm 

2 – bəzən mənəm 

3 – nadir hallarda mənəm 



F

əal insan 

Nə ilə isə məşğul olmalıyam. 

Ünsiyyətcil insanam və 

müəyyən qədər “lider” təsiri 

bağışlaya bilərəm

 

Ünsiyyətcil insan 

İnsanların komandada 

necə işlədiyini bilirəm. 

İnsanlarla vaxt 

keçirməkdən zövq 

duyuram və düşünürəm 

ki, yaxşı ünsiyyət 

qurmağı bacarıram 



Düşünən insan 

Əvvəlcə hər şeyi yoluna 

qoymalıyam. Mən 

özünəqapanıq insanam və 

bir iş görməzdən əvvəl tək 

qalmağı üstün tuturam. 

Yaxşı ünsiyyət qurmağı 

bacaran şəxs deyiləm 




37 

Diaqram 3.1. Fərqli insan tipləri 



Rollara dair nümunələr:



Əlaqələndirici/Rəhbər 

Ümumi  məqsədi  müəyyən  edir,  əlaqəni  və  inkişaf  konsepsiyasını  təmin  edir,  məqsədləri 

dəqiqləşdirir,  hamının  cəlb  olunduğunu,  öhdəlik  götürdüyünü  və  həvəsləndirildiyini  təmin  edir, 

qrupun səylərini əlaqələndirir, qərarların qəbul edilməsini və qrupun nailiyyətlər əldə etməsini təmin 

edir.  

Düşünən 

Məlumatları  toplayır  və  təhlil  edir,  deyilənlərə  qulaq  asır,  baş  verənləri  izləyir.  İdeyaları 

dəstəkləməzdən  əvvəl  bəzən  sakit  olur,  problemi  yaxşıca  təhlil  edir,  həll  yollarını  axtarır  və 

problemləri qabaqlayır.      



Uğur qazanan 

Müvəffəqiyyət qazanmaq istəyir və nəticələrə doğru can atır, məqsədə doğru tez irəliləmək istəyir, 

gecikmələrə qarşı səbrsizdir, ehtimallara qarşı çıxır və təkmilləşdirmə ilə bağlı təkliflər verir, yüksək 

həvəs nümayiş etdirir.  



Qayğı göstərən 

Hamının  roluna  uyğun  olmasına  görə  narahat  olur,  ruh  yüksəkliyinə  şərait  yaradır  və  komanda 

ətrafında  əlaqələr  yaradır,  komanda  əhval-ruhiyyəsini  formalaşdırmağa  səy  göstərir,  hamını  razı 

salmağa çalışır, hisslərə və münasibətlərə diqqət yetirir, gərginliyi azaldır və müsbət əhval-ruhiyyəyə 

şərait yaradır.   

İcraçı 

Həmişə fəal olmaq istəyir, başqalarına kömək etmək üçün hazırdır, nailiyyətlərin əldə edilməsini və 

planlara  riayət  edilməsini  görməyə  çalışır,  çoxlu  müzakirələrdən  bezir,  vaxt  itkisinə  nifrət  edir, 

tapşırığı başa çatdırmaq üçün ciddi işləyir.       

Qrupun  şəxsi  profilini  yaratdıqda,  fərdlərin  güclü  cəhətlərini  aşkara  çıxaran  tapşırıqlar  verin.  Fəal 

şəxslərə xırda detalları yoxlatdırmaq və ya daha çox ‘düşünən’ qrup üzvündən qrupun bütövlüyünü 

təmin  etməsini  gözləmək  heç  də  yaxşı  fikir  olmaya  bilər.  Bu  rollardan  öz  qrupunuzda  ən  səmərəli 

şəkildə necə istifadə edəcəyinizə dair qərar verin.  



3.2.2. T

ələbələr üçün fəaliyyətlər 

Mətndə  sizin  üçün  yeni  olan  söz  və  ifadələri  tapın  və  onları  bir-birinizə



izah edin. 

Müxtəlif rolların müsbət cəhətlərini müəyyən edin.



Müxtəlif rolların mənfi cəhətlərini müəyyən edin.

Valideynlərinizdən  və  ya  digər  şəxslərdən  qrup  işində  oynadıqları  tipik  rollar



barəsində soruşun. Qrupa təqdim edin və müzakirə aparın.


38 

Müxtəlif  rolları  əks  etdirən  rol  oyunları  hazırlayın.  Öz  peşənizə  uyğun  situasiyadan



istifadə edin.

Əlavə 



mənbələrdən

 (internet, kitab, jurnal və s.) istifadə etməklə qrup işi üçün

digər rollar axtarıb sinifdə təqdim edin.

3.2.3. Qiym

ətləndirmə 

 Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin