Baza modulu üzrə Təlim Materialı


Komanda işinin əhəmiyyəti



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə48/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   44   45   46   47   48   49   50   51   ...   84
Peşə etikası

Komanda işinin əhəmiyyəti

Əvvəlki dövrlərdə insanların çoxu qrup şəklində daha az olmaqla, fərdi qaydada işləyirdilər.

Əgər siz valideynlərinizdən və ya nənə-babalarınızdan soruşsanız, onlar sizə əvvəllər mövcud olmuş iş 

rejimi barədə məlumat verə bilərlər.  

İndiki  dövrdə,  getdikcə  daha  çox  insan  komanda  və  ya  qruplar  şəklində  işləyir.  Bu,  onunla 

əlaqədardır ki, qrup işinin bir çox müsbət cəhətləri var. Qrup işinin əsas səbəblərindən biri – sinerji, 

yəni birgə fəaliyyətdir. Bu, əsasən 1 + 1 = 3 mənasını verir. Beləliklə, ideya ondan ibarətdir ki, qrup 

yekun iş kimi daha yaxşı nəticə verə bilər. Əgər siz cütlərlə işləyirsinizsə, iki nəticəni üst-üstə gəldikdə 

daha yaxşı nəticə alacaqsınız.  

Siz,  xüsusilə  effektiv  həll  yolları  tapmağa  çalışdıqda  qrup  işi  özünü  doğruldur.  Bir  nəfər 

problemin həlli yolunu tapmaqda çətinlik  çəkir. Lakin, qrupa problemi həll etmək həvalə edildikdə, 

qrup problemlə bağlı müzakirə aparır və qrupun müxtəlif üzvləri fərqli həll yolları təklif edirlər.  

Lakin, qrup işi yalnız müsbət cəhətlərdən ibarət deyil! Qrup şəklində işləməyin eyni zamanda 

bəzi  mənfi  cəhətləri  də  vardır.  Bəzi  insanlar  qrup  şəklində  deyil,  təklikdə  işləməyi  üstün  tuturlar. 

Buna görə də, qrup işinin müsbət və mənfi cəhətlərini bilmək, qrupda işləmək səriştənizi necə inkişaf 

etdirməyi bilməniz mühüm əhəmiyyət kəsb edir.  



3.1.2. T

ələbələr üçün fəaliyyətlər 

“Sinerji”  terminini  qruplarla  müzakirə  edin.  Birgə  fəaliyyəti  əks  etdirən



rastlaşdığınız qrup işinə dair nümunələr göstərin. 

Öz peşəniz sahəsində qruplarla necə işləyəcəyinizi müəyyən edin.



Qrup  işinin  müsbət  cəhətlərini  qruplarla  kollektiv  şəkildə  müzakirə  edin.  Sinifdə

təqdim edin və müzakirə aparın.

Qrup  işinin  mənfi  cəhətlərini  qruplarla  kollektiv  şəkildə  müzakirə  edin.  Mənfi



cəhətlərdən yayınmaq yollarını təqdim edin, nümunələr göstərin və müzakirə aparın.

Valideynlərinizdən  qrup  şəklində  necə  işlədikləri  barədə  soruşun.  Onlarla  sorğu



aparın  və  əsas  diqqəti  mənfi  cəhətlərdən  yayınmaq  yollarına  yönəltməklə,  aldığınız

nəticələri sinifdə təqdim edin.

Öz  peşəniz  sahəsində  qrup  işi  üçün  qrafik  əlaqələr  sxemi  tərtib  edin  və  təhsiliniz



müddətində buna necə hazırlaşacağınıza dair müzakirə aparın.

Ünsiyyət problemlərinin qrup işi ilə əlaqələri barədə müzakirə aparın.




36 

3.1.3. Qiym

ətləndirmə 

 Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin