Təqvim və gündəliklərin tutulması iş dünyasında istifadə edilən xatırlatma vasitələrindən
biridir. Təqvim gündəlik, həftəlik, aylıq iş qrafikinin izlənildiyi, edilmiş, ediləcək işlərlə bağlı
qeydlərin olduğu, icra olunacaq işlərin idarə edildiyi vacib şəxsi materialdan biridir.
Texnologiyanın inkişafı ilə birgə gündəlik təqvimlərin yerini elektron vəsaitlər tutmuşdur. Vaxt
baxımından da səmərəli olan bu tip gündəliklərin daşınması və istifadəsi olduqca rahatdır. Həm
Əlamətdar günlərin qeydi və s. göstərmək olar.
32
Üzərində vacib işlər və ya iclaslar haqqında yazılar olan karton lövhədən də isitfadə etmək
mümkündür. Beləcə edəcəyiniz işləri daima görmək imkanı əldə etmiş olacaqsınız.
2.4.1. T
ələbələr üçün fəaliyyətlər
“Bir iş günü oyunu”
-
İnstruksiya: Tapşırıqlara uyğun olaraq iş gününüzü planlayın. Planı sizə uyğun
olan qaydada apara bilərsiniz. Nəzərə saxlayın ki, planınıza təsir edə bilən
səbəblər ortaya çıxa bilər.
-
Şərtlər: Siz ofisdə çalışırsınız. İş gününüz saat 09:00-dan 18:00-a kimidir. Sizin
nahara 1 saat (13:00-14:00) vaxtınız var.
- Görməli olacağınız işlərin siyahısı:
Sənədlərlə iş, nizamlama, baxış.
Təqdimatın hazırlanması.
2 müştəri ilə ofisdə görüşlər (15:00 və 16:00-da).
10 nəfərə zəng etmək.
Plastik kartdan pul çıxarmaq.
Həftəlik hesabatın hazırlanması.
Saat 12:00-dan 13:00-a kimi ofisdə təqdimat keçirmək.
Axşam 19:00-da restoranda toy məclisində olmaq.
Bankda krediti ödəmək. Bank saat 10:00-dan 17:00-a kimi açıq olur.
Yeni təqdimat üçün internetdən məlumat toplamaq.
Poçtda bağlamanı (qutunu) almaq. Poçt 09:00-dan 19:00-a kimi açıq olur.
Ofis üçün dəftərxana ləvazimatlarının sifarişini vermək.
Evdə toya hazırlıq üçün geyiminizi dəyişmək.
Mənzil istismar idarəsinə (JEK) baş çəkmək. Qəbul saatları 15:00-18:00-a
kimidir.
Məktubları oxumaq, cavablar yazmaq.
-
Gün ərzində mövcud olan məkanlar (gündəlik planı məkana görə təyin
edin):
15 dəqiqə (qısa oxlar)
Ev
Ofis
Mİİ
Bərbər
30 dəqiqə
30 dəqiqə
30 dəqiqə
33
Hər qrup digər qrupa yerinə yetirməsi üçün iş sıyahısı tərtib etsin. Tərtib olunan siyahını qrupa
təqdim edin. Göstərilən işləri təcili, vacib, digər işlər başlığı altında kateqoriyaya bölün, təyin
olunan vaxt intervalında cədvəl şəklində göstərin. Daha sonra hazırlanan cədvəli
qiymətləndirilməsi üçün hazırlayan qrupa qaytarın. Sonda qiymətləndirilən işin təqdimatını edin.
Daxili dairədəki qrup “elektron ünsiyyət vasitələrinin vaxtın səmərəli istifadəsinə təsiri”
mövzusunda müzakirə aparın. Digər qrup isə həmin müzakirəni izləyərək, mövzu barəsində yalnız
lehinə dəlilləri söyləsin.
Dairədə göstərilmiş anlayış ilə bağlı söz və ifadələr söyləyin. Hər növbəti söz və ya ifadəni
mərkəzdə verilmiş söz ilə əlaqələndirərək xəttlərlə birləşdirn. Alınan klasteri müzakirə edin və
ümumiləşdirin.
Pareto prinsipi
34
2.4.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: