Ötürmə ̶oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsini, söz



Yüklə 179,53 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix10.06.2023
ölçüsü179,53 Kb.
#128313
  1   2
movzu8



Oxu xətaları 
Ötürmə ̶oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsini, söz 
birləşmələrini və ya bütöv bir sətri oxumadan keçməkdir. Ötürmənin iki növü var: 
1) Tanımadığı və ya anlamadığı sözləri bilərəkdən oxumamaq;
2) Heca, yaxud sözləri görmədən edilən ötürmə. Nadir hallarda baş verən 
ötürmələr diqqətsizliklə əlaqədardır, lakin tez-tez sözləri, hecaları, hərfləri ötürərək 
baş verən oxuma isə səhifə üzərində göz izləməsinin düzgün aparılmadığını göstərir. 
Bu cür xətaları tez-tez edən uşaqların mətni barmağı ilə izləyərək oxuması faydalıdır. 
Əlavə etmə – oxuyarkən mətndə olmayan səsin, hecanın, sözün mətnə əlavə 
edilməsidir. Əlavələr oxunan cümləyə başqa məna verdiyi və cümlənin mənasını 
dəyişdirdiyi üçün oxu xətası hesab olunur. Əgər bu cür əlavələr az olursa, ciddi bir 
fərq yaratmır. Ancaq bu hal tez-tez təkrarlanırsa, deməli, şagirddə diqqətsizlik, 
diqqətin yayınması problemi var. Təkrarlama – bir sözü və ya cümləni ikinci dəfə 
oxumaqdır. Bu, “reqressiya” da adlanır. Söz şagirdə tanış olduğu halda belə, inamsız 
olduğu üçün sözü yenidən oxuyur. Bu hal oxu sürətini azaltmaqla yanaşı, oxuyub 
anlamanın keyfiyyətini də aşağı salır. Şagirdin özünəinamı artdıqca oxu 
tərəddüdlərində, təkrarlamalarda da azalma müşahidə edilir. 46 Oxumağa təzə 
başlayanlarda bu cür reqressiyalar tez-tez baş verir. Uşaqlar sözdə eyni hecanı, 
cümlədə eyni sözü bir neçə dəfə təkrarlamalı olurlar. Onlar sözləri hecalarla, 
fasilələrlə oxuduqları üçün mətnin axırına çatanda əvvəli yaddan çıxır. Ona görə də 
geriyə qayıdırlar ki, həmin hissələri bir-biri ilə əlaqələndirə bilsinlər. Sözlər nə qədər 
böyük, çoxhecalı və mənaca çətin olarsa, geriyə qayıtma, təkrarlama da bir o qədər 
çox olur. Şagirdlər təkrara ona görə meyllidirlər ki, bu, onları cümlədə birləşdirməyə 
və mənanı başa düşməyə kömək edir. Ona görə də oxuya yeni başlayanlar üçün belə 
geriyə qayıtmanı nöqsan hesab etmək düzgün deyil. Tərsinə oxuma – hərflərin
hecaların, sözlərin yerini dəyişdirərək və ya geriyə çevirərək oxumadır. Bu problemə 
daha çox birinci sinif şagirdlərində rast gəlinir. Tərsinə oxumanın 4 növü var: bütöv 
sözü, sözün bir hərfini, hərflərin sırasını və sözlərin sırasını tərs oxuma. Kökləri bir-
birinə bənzəyən, eyni hərfli sözlər, xüsusilə kiçikyaşlılar tərəfindən səhv oxunur. 
Xüsusən bir-birinə oxşayan b-d, m-n, u-n kimi hərflər, bundan əlavə, f-t, c-e, a-o, c-ç, 
s-ş və s. kimi bir qrup hərflər verilmiş qarşılığı ilə əvəz edilərək səhv oxunur. Bu cür 
səhvlər edən şagirdlərə yanıltmaclar oxutmaq faydalıdır. Tələffüz xətaları ̶ düzgün 
tələffüz qaydalarına (orfoepik normalara) əməl edilməməsidir. Tələffüz xətalarına 
bəzən dialekt və şivələr də mənfi təsir göstərir. Məktəblərdə düzgün yazı qaydaları ilə 
yanaşı, düzgün tələffüz qaydaları da öyrədilməli, bununla bağlı sistematik iş 
aparılmalıdır 

Yüklə 179,53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin