Stresin idarə edilməsi
Hazırda iş həyatında işin səmərəliliyin artırılmasında, işçilər üçün əlverişli mühitin
formalaşdırılmasında stressin idarə edilməsi önəmli məsələlərdən biridir. Selyenin fikrincə, stres
düzgün idarə edildiyində fərdin həyatı üçün faydalı, doğru idarə edilmədiyində isə sağlamlıq və
həyatı üçün bir sıra problemlərin qaynağına çevrilir. Yüksək stres altında olan şəxsin vaxtdan
səmərəli istifadə etməsi, öz potensiyalından yüksək səviyyədə faydalanması qeyri-mümkündür.
Yüksək stressin fərdə təsirini azaltmaq üçün bir sıra yanaşmalar mövcuddur. Bu yanaşmalar
psixoloji və fizioloji olaraq iki formada olur.
Stressin pxisoloji idarə olunmasında psixoloji mərkəzlərin təsis edilməsi, ünsiyyətdə
empatiyanın formalaşdırılması, aktiv dinləmə texnikası, sosial dəstək sistemlərinin yaradılması
əhəmiyyətlidir. Fizioloji baxımdan idman hərəkətlərini etmək, sağlam və balansı qidalanmanı
misal göstərmək olar. Nəfəsin doğru şəkildə alınması, təbiət gəzintiləri də bu baxımdan faydalıdır.
Dostları ilə paylaş: |