formal struktur bir-biri ilə ziddiyyət təşkil edir. Buna görə də, hər iki
əlaqələrini əks etdirir. Tipik təşkilati struktur sxemi təşkilatda və ya
41
onun müəyyən hissəsində iş yerinə aid formal strukturu göstərir. İyerarxik strukturlu təşkilatda ən
yuxarı pillədə ən yüksəkrütbəli rəhbər, daha sonra tabe menecerlər və onlara tabe olan işçilər
dayanır. Təşkilati struktur sxeminin hər bir həlqəsi ayrılıqda vəzifə adlarını, maliyyə öhdəliklərini və
səlahiyyətləri özündə birləşdirir.
Qeyri-formal strukturlar adətən sosial və layihə qrupları ətrafında formalaşır. Çünki, bu
strukturlar yoldaşlıq münasibətlərinə əsaslanır. Burada adətən ayrı-ayrı şəxslərdən daha tez
cavab əldə etmək mümkündür. Bu, insanların vaxtına və səylərinə qənaət etməsinə kömək
edir və beləliklə, qeyri-formal strukturda işləməyi daha da asanlaşdırır. Formal struktur artıq
effektiv olmadıqda, insanlar qeyri-formal struktura etibar edirlər, belə ki, bu, adətən təşkilat
böyüdükdə və ya dəyişdikdə baş verir, lakin iyerarxiya və ya iş qrupları yenidən
qiymətləndirilmir.
Dostları ilə paylaş: