Baza modulu üzrə Təlim Materialı


“Etika və iş etikası anlayışlarının hansı mənanı ifadə etdiyini nümayiş etdirir”



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə65/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   61   62   63   64   65   66   67   68   ...   84
Peşə etikası

“Etika və iş etikası anlayışlarının hansı mənanı ifadə etdiyini nümayiş etdirir” 

Etika və iş etikası haqqında məlumatlı olmaq niyə əhəmiyyətlidir?



Etika nədir?

Etika və əxlaq anlayışlarını niyə fərqləndirməliyik?



İş etikası dedikdə nə başa düşürsünüz?

Albert Şvaytzer iş etikasını necə açıqlamışdır?



Etikanın “qızıl qaydası” dedikdə nə başa düşürsünüz?



4.2.1.  F

ərdi etik davranışların nə olduğunu izah edir 



Fərdi etik davranışların iş həyatında dəyərləndirilməsi

Peşə  etikasında  analiz  olunmalı  mövzulardan  biri  müəssisələrdə  fərdi  etik 

davranışlardır.  Çünki  fərdlərin  etik  davranışlarının  analiz  olunması  iş  etikasını 

təyin  etmədə  vacib  faktordur.  Müəssisənin  həddən  artıq  mərkəzləşmiş  olması, 

vəzifə  və  öhdəliklərin  təyin  edilməməsi,  müəssisədə  şəffaflığın  olmaması  kimi 

xüsusiyyətlər fərdlərin etik davranışlarına mənfi təsir göstərən amillərdəndir. 

Fərdlərin  etik  davranışlarına  təsir  edən  bir  digər  səbəb  isə  işləyənlərin  xüsusiyyətləridir. 

İşləyənlər üç davranış qəlibi çərçivəsində tətqiq edilirlər: 

 mənfəətyönümlü;

 vəzifəyönümlü;

 əxlaqyönümlü;



Mənfəətyönümlü  davranış  qəlibi  içində  olan  işçilər  etikanın  formalaşmasına  mənfi  təsir 

göstərirlər.  Çünki  həmin  insanlar  öz  mənfəətlərinə  uyğun  davranışlar  sərgiləyirlər.  Misal 

olaraq,  layihələri  öz  xeyirlərinə  çevirmək,  şəxsi  qazanc  əldə  etmək  üçün  işlərin  gedişinə 

müdaxilə etmək və s. 



Vəzifəyönümlü  davranış  qəlibi  içində  olan  işçi  etikanın  formalaşmasında  həm müsbət,  həm 

də mənfi təsirləri vardır. Misal olaraq, qanuna zidd və haqsız fəaliyyətdə olmaması etikanın 

formalaşmasında  müsbət  təsir  göstərəcək.  Digər  tərəfdən,  rəhbərinin  əmirlərinə,  əmir 

yerində olmasa belə qarşı çıxmaması mənfi təsirə səbəb olacaq. 



Əxlaqyönümlü  davranış  qəlibi  içində  olanlar  isə  iş  etikasının  formalaşmasına  müsbət  təsir 

göstərir. Əxlaqyönümlü işçinin davranışları aşağıdakı kimidir: 

Əxlaq  və  qanuna  zidd  olan  davranışlar  etmir,  edilməsinə  qarşı  çıxır,  edənləri



bağışlamır;

İşini ən yaxşı şəkildə icra edir, edənləri dəstəkləyir;



Dürüstlüyü müdafiə edir;

Açıq və doğru ünsiyyət qurur;



Rəhbərin verdiyi qanuna zidd və əxlaqdan kənar əmirlərə qarşı çıxır;

(Dövlət müəssisələrində işləyirsə) Müəssisənin sosial xidmət xarakteri daşıdığını bilir;



İmkanlarından  cəmiyyətə  xeyirli  şəkildə  və  fərdlərin  müstəqilliyinə  hörmət  edərək,

müəssisənin xeyiri üçün istifadə edir.




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin