Baza modulu üzrə Təlim Materialı



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə61/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   57   58   59   60   61   62   63   64   ...   84
Peşə etikası

Komanda normaları nədir?

Komanda  normalarını  müəyyən  etməyin  yollarından  biri  qrupda 

fərdi  davranışları  tənzimləyən  söylənməmiş  və  adətən  yazılmamış  qeyri-

formal  qaydalar  toplusudur.  Komanda  normaları  qrupdan  və  qrup  üçün 

vacib olan məsələlərdən asılı olaraq dəyişir. Komanda normaları olmadan 

ayrı-ayrı  şəxslərin  sosial  situasiyalarda  necə  hərəkət  edəcəklərindən 

anlayışları olmaz. 



 

Komanda normaları komanda tərəfindən komanda üzvlərinin bir-birilərilə

və  komandaya  daxil  olmayan  kənar  işçilərlə  qarşılıqlı  əlaqəsini

formalaşdırmaq  üçün  müəyyən  edilmiş  qaydalar  və  ya  təlimatlar 

toplusudur.  Komanda  normaları  komandanın  iclasında  işlənib  hazırlana 

bilər. Komanda əlavə təlimatlara ehtiyac olduğunu gördükdə, bu normalara yenilərini əlavə edə bilər. 

Komanda normaları işlənib hazırlandıqdan sonra komanda üzvlərinin davranışını idarə etmək, onların 

bir-biri  ilə  qarşılıqlı  əlaqəsini  qiymətləndirmək  məqsədilə  istifadə  olunur.  Bu  normalar  komanda 

üzvlərinə  bir-birilərini  hər  hansı  uğursuz  və  ya  komandanın  uğurlarına  mənfi  təsir  göstərəcək 

davranışa görə tənqid etməyə imkan verir. Beləliklə, münasibətləri tənzimləyən normalar olmadan, 

komandada insanlararası mümkün problemlər baş verə bilər. Komanda üzvlərinin çoxu layihəyə və ya 

komandanın uğuruna qəsdən ziyan vurmaq niyyətində deyil. Lakin, qarşılıqlı əlaqə üzrə razılaşdırılmış 

çərçivənin olmaması yanlış anlaşılmalara və neqativ münaqişələrə imkan yaradır. 

Komandalarda,  adətən  insanlararası  ünsiyyət  və  qarşılıqlı  əlaqələr  üzrə  konkret 

komponentlərlə  bağlı  problem  yaşanır.  Komandanın  uğur  qazanması  üçün  siz  bu  sahələr 

üzrə normalar işləyib hazırlamaq istəyəcəksiniz. Bunlar, komanda normalarını tərtib edərkən 

yerinə  yetirməli  olduğunuz  tədbirlərdir.  Bundan  əlavə,  aşağıda  insanlararası  və 

komandadaxili  qarşılıqlı  əlaqələrin  daha  vacib  aspektləri  üzrə  bir  sıra  sahələrdə  nümunəvi 

komanda normaları verilmişdir. 

 Komandanın üzvləri həmkardırlar: bütün komanda üzvləri bərabərdir; hər bir komanda üzvünün

fikri  diqqətlə  nəzərdən  keçiriləcəkdir;  hər  bir  komanda  üzvü  bütün  öhdəlikləri  razılaşdırılmış



Şəkil 3.2. Komanda 

oyunu: Tennis 


43 

lazımi  vaxtda  yerinə  yetirəcəkdir;  hər  bir  komanda  üzvü  müntəzəm  olaraq  komanda  üzvlərinin 

komanda normalarına riayət edib-etməməsini qiymətləndirəcəkdir. 

 Komanda  üzvləri  arasında  ünsiyyət: komanda  üzvləri  bir-birilərilə  hörmətlə  danışacaq,  bir-

birilərilə  yüksək  səslə  danışmayacaq,  komandanın  dəstəyini  müsbət  şəkildə  etiraf  edəcək  və

minnətdarlığını bildirəcəkdir.

 Komanda  üzvlərinin  iclaslar  zamanı  qarşılıqlı  əlaqəsi: komandanı  üzvləri  bir-birilərinin  sözünü

kəsmədən  dinləyəcək,  tərəfkeşlik  və  ya  zidd  söhbətlər  etməyəcək;  iclasların  səmərəli  keçməsi

üçün  qaydalara  əməl  edəcək,  iclaslara  vaxtında  gələcək;  proqram  (gündəlik)  əsasında  fəaliyyət

göstərəcək; hər iclasda protokol tərtib edəcək; iclasları vaxtında başa çatdıracaqdır.

 Komandanın təşkili və funksiyası: rəhbərlik növbəli şəkildə həyata keçiriləcəkdir.

 Komandanın menecerlər daxil olmaqla digər işçilərlə ünsiyyəti: komanda üzvləri nə haqqında və

nə vaxt ünsiyyət quracaqlarının razılaşdırılmasından əmin olmalıdırlar; komanda üzvləri haqqında

şikayətlərə ilk növbədə komandada baxılacaqdır.

 Komanda probleminin həll edilməsi, münaqişələrin həlli və qərarların qəbul edilməsi: komanda

üzvləri  konsensus  əsasında  qərar  qəbul  edəcəklər,  lakin  konsensus  vaxtında  əldə  edilmədikdə,

qərarlar  səs  çoxluğu  ilə  qəbul  ediləcəkdir;  münaqişələr  bilavasitə  münaqişəyə  səbəb  olan

şəxslərin iştirakı ilə həll ediləcəkdir.

Komanda  normaları  komandanın  uğurlu  fəaliyyəti  üçün  komandanın  zəruri  hesab  etdiyi  mövzuları 

əhatə  edəcəkdir.  Bir  neçə  norma  ilə  başlayın  və  zəruri  olduqda,  yenilərini  əlavə  edin.  Komanda 

normalarının komanda üzvlərinə öz öhdəliklərini xatırladan ünvana yazılmasını və ya göndərilməsini 

təmin edin.  



3.5.2. T

ələbələr üçün fəaliyyətlər 

Fərdi: 

Ailənizdən,  dostlarınızdan,  məktəbdən,  asudə  vaxt  fəaliyyətlərindən  və  işinizdən  sizə



məlum  olan  qrup  normaları  haqqında  düşünün.  Onlar  haqqında  qısaca  danışmağa

çalışın. Məsələn, Ailəmizdə biz……

Komanda normaları mövcud olmadığı vaxtlarda hansı problemlərlə  üzləşdiyiniz barədə



düşünün və onlar haqqında qısaca danışın.

Valideynlərinizdən öz iş yerlərindəki komanda normaları barədə müsahibə götürün.



Öz peşəniz sahəsində ən tipik komanda normalarını təsvir edin.



Qruplarla: 

Yuxarıdakı sahələrdən hər biri üzrə sinfinizin istifadə edə biləcəyi qrup normalarına dair



nümunələr hazırlayın.

Bu normaları bir-birinizə təqdim edin və hər sahəyə dair 3 normanı qəbul edin.



Rol oyunu keçirin: Qrupda bir nəfər liderdir və o, qrupla birlikdə komanda normalarını

hazırlamalıdır. Qrup rollarının hər biri oynanılır və onlar hamısı qəbul etmək istədikləri

komanda normalarına dair 3 nümunə hazırlamalıdırlar.



3.5.3. Qiym

ətləndirmə  

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin