əlim nəticəsi 4: İş yerində davranış qaydalarını təhlil etməyi bacarır
4.1.1. Etika v
ə iş etikası anlayışlarının hansı mənanı ifadə etdiyini nümayiş etdirir
Etika və iş etikası anlayışı haqqında bilmək bizə nə qazandıracaq?
İnsan sosial varlıqdır, həm şəxsi, həm də iş həyatında daima insanlarla münasibətlər
qurmalı olur. Bu davranışların tənzimlənməsində etika böyük rol oynamaqdadır.
İnsanların münasibətlərinin müəyyən etik çərçivələrdə qurulması sosial asayiş üçün
vacibdir. İş həyatındakı davranışlar isə müəssisə daxilində etik kodekslə tənzimlənir.
Bu baxımdan, həm etika, həm də iş etikası haqqında məlumatlı olmaq hər bir fərd üçün mühum
əhəmiyyətə malikdir. Mütəxəssisin müəssisədə uğur qazanmasında təkcə peşə bilikləri kifayət etmir.
Uzunmüddətli fəaliyyət üçün mütləq şəkildə işin etik qaydalarına riayət edilməlidir.
Etika nədir?
Etika yunan dilində xarakter mənasını verən ethos, latın dilində davranış və vərdiş mənalarını verən
morality sözündən əmələ gəlmişdir. Bu anlayış ərəb dilində əxlaq mənasını verən xulq sözü ilə
dilimizə keçmişdir. Etika arzu olunan həyatın tətqiq edilməsi və anlaşılmasıdır. Geniş mənada;
fəaliyyət və məqsədlərin uyğun şəkildə istifadə olunması; yəni nəyin edilib, edilməyəcəyi, nəyin
istənilib, istənilməyəcəyi, nəyə ehtiyac olub, olmayacağını bilinməsidir. Daha sadə şəkildə desək;
insanların fərdi və sosial münasibətlərin əsasını təşkil edən dəyərləri, qaydaları əxlaq baxımından
tətqiq edən fəlsəfədir.
Etika və əxlaq mənaca bir-birinə yaxın olan anlayışlardır. Bir sıra tədqiqatçılar, bu iki anlayışı bir-
birinin əvəzinə istifadə edirlər. Lakin ümumi yanaşmaya görə etika və əxlaq anlayışları
fərqləndirilməlidir. Etika doğru və yalnış davranışların nəzəriyyəsi, əxlaq isə onun praktiki
təzahürüdür. Yəni etika fərdin mövcud vəziyyətdə ifadə etmək istədiyi dəyərlər, əxlaq isə bunu
həyata keçirmə tərzidir.
Dostları ilə paylaş: |