Baza modulu üzrə Təlim Materialı


Fərdlərin etik qaydalara əməl etməməsinin əsas səbəbləri



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə66/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   62   63   64   65   66   67   68   69   ...   84
Peşə etikası

Fərdlərin etik qaydalara əməl etməməsinin əsas səbəbləri

Fərdlərin etik qaydalara uyğun davranışlar etməməsinin səbəblərini üç əsas başlıqda ifadə etmək 

olar: 


 Fərqində olmamaq;


48 

 Eqoistlik;

 Əskik dəyərləndirmək;

Fərqində  olmamaq  (qeyri-həssas  yanaşma)  –  İşçilər  müəssisə  daxilində  qeyri-etik  davranışlarını 

rasionallaşdırmaq  üçün  bir  sıra  müdafiə  mexanizmlərindən  istifadə  edirlər.  Xüsusilə,  etdikləri 

davranışın  qeyri-etik  olduğunu  düşünmədiklərini,  ya  da  qeyri-etik  olduğunu  bilmədiklərini 

deyirlər.  Yəni  qeyri-etik  davranışlarını  məntiqli  səbəblərlə  açıqlayaraq,  adi  bir  hal  kimi  təqdim 

edirlər.  

Eqoistlik – Bir çox vəziyyətdə müəssisədə fərdi istəklər və mənfəətlər əsas alınır. Eqoistliyi üç əsas 

başlıq altında analiz edə bilərik: 

Özünü həddən artıq sevmək – Qeyri-etik davranışlarda ən çox yayılmış səbəb kimi özünü



sevmək  davranışını  göstərmək olar.  Bəzi  insanlar  özünü  həddən  artıq  sevmə  davranışını

adi  hal  kimi  görürlər.  Şəxsi  mənfəətləri  üçün  müəssisə  daxilində  yalan  danışmağın,

sözlərini  yerinə  yetirməməyin,  qaydalara  əməl  etməməyin  mümkünlüyünü,  bağlılıq  və

yardımsevərlik  kimi  davranışların  yersiz  olduğunu  düşünürlər.  Bəzən  də  həssas  sözlərlə

eqoistliklərini  gizlətməyə  çalışırlar.  Misal  üçün:  “Ailəm  üçün  edirəm.”,  “bunu  bütün

cəmiyyətin xeyiri üçün edirəm.” və s.

Özünümüdafiə – Özünü qoruma instinki əsasən yalan, aldatmaq kimi davranışlarda özünü



göstərir.  Bu  cür  davranışlar  etdiyi  hər  hansı  davranışı  qəbul  etmədikdə,  verilən  öhdəliyi

istəmədikdə və ya haqsızlığa uğramaqdan qorxduğu vəziyyətlərdə meydana çıxır.

Özünü  haqlı  görmək  –  Eqoistliyin  problem  yaradan  növü  özünü  haqlı  görməkdən



qaynaqlanan təkəbbürdür. Bu vəziyyətdə fərd özünü hərkəsdən haqlı görür. Açıq formada

müəssisənin qaydalarına qarşı çıxmasa da, öz bildiyini etməkdən əl çəkmir.



Əskik dəyərləndirmək – Bəzən insanlar həqiqi araşdırma etmədən qeyri-etik davranışlar göstərə 

bilərlər.  Bu  vəziyyətdə  fərd  etik  davranışlara  əməl  etmənin  daha  çətin  və  xərcli  olduğunu 

düşünərək, bundan qaçır. Nəticəyə tez çatmaq bəhanəsi ilə hər istədiyini edə biləcəyini düşünür. 

Bu  da  eqoistliklə  əlaqədardır.  Çünki  nəticədə  fərdlərin  şəxsi  qazancları  varsa,  bilərəkdən  əskik 

dəyərləndirmə edə bilər.   




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin