Vaxt – bir anlayış olaraq
Vaxt anlayışı fəaliyyətin icra olunduğu müddətdir. Başqa sözlə, fəaliyyət yoxdursa, vaxt da
yoxdur. Bir anlıq, yerkürəsində və kainatda hərəkətdə olan hərşeyin dayandığını düşünün, belə bir
sabit vəziyyətdə vaxt anlayışından söhbət gedə bilməz. Vaxt ölçülən və ya ölçüləbilən davamlılıqdır.
Tarix boyunca fəlsəfənin maraq dairəsinə daxil olmuş olsa da, riyaziyyat və fizika elmləri də vaxt
anlayışını tətqiq etmişdir.
Aristotelin də fikrincə, vaxt hərəkət nəticəsində meydana çıxmışdır, deməli, hərəkətliliyin
nəticəsidir. Vaxtın ölçülməsində bir-birindən müstəqil olan iki əsas ölçü vahidlərindən istifadə edilir:
Atomik ölçü vahidi – sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə
bərabər zaman;
Dinamik ölçü vahidi – fəza cisimlərinin cazibə qüvvəsindən faydalanılaraq. Bu ölçü vahidi
nəticəsində ay (qəməri), günəş (şəms) təqvimləri meydana çıxmışdır.
İlləri və günləri vahidlərə bölmək ilk dəfə Şumerlər və Misirlilərdə, davam edən vaxtı düzgün
şəkildə ölçmək isə Yunan və Roma mədəniyyətlərində inkişaf etmişdir.
Vaxt hərkəsin eyni miqdarda sahib olduğu, lakin hərkəsin eyni şəkildə istifadə edə bilmədiyi
məfhumdur. Dünyada hamı üçün gün 24 saat, həftə 168 saat, bir ay 720 saat və bir il 8760 saatdır.
Vaxt sabitdir, bəzilərimiz üçün sürətli, bəzilərimiz üçün asta-asta axmır. Dəqiqənin 1/60-i saniyə,
saniyənin 1/60-i salisədir. Salisə insan tərəfindən hiss edilmir, bunu yalnızca xronometrlə ölçmək
mümkündür.
Dostları ilə paylaş: |