Vaxtın idarə olunmasının əhəmiyyəti
Vaxtın idarə olunması yunan dilindən xronologiya mənasına gələn kron anlayışı ilə ifadə
edilir. Kron vaxtı xətti və ardıcıl formadadır. Həyatımızın ritmini əsasən saat təyin edir. Halbuki
dünyada elə böyük mədəniyyətlər vardır ki, həyata kron, yəni uyğun vaxt, ya da keyfiyyətli vaxt
prizmasından yanaşırlar.
Vaxtın idarə olunmasında analizdən və plan qurma fəaliyyətlərindən istifadə edilir. Lakin
vaxt prinsiplərini anlamaq və icra etmək üçün vaxtın necə istifadə ediləcəyini bilmək kifayət etmir.
Vaxtdan səmərəli istifadə zamanı hansı problemlərin çıxacağını və bunların səbəbləri də bilinməlidir.
Vaxtdan səmərəli istifadə - yalnış işləri tez bir zamanda etmək deyil, doğru işləri vaxtında icra
etməkdir.
Fərd işə başlamaq və davam etdirmək üçün işin əsas səbəblərini təyin etməli,
məqsədlərini dəqiqləşdirməlidir. Vaxtını vacib işlərin icrası fonunda planlaşdırmalı, işin səmərəliliyi
baxımından narahatlıqlığını və mənfi düşüncələri ağlından çıxarmalıdır. Vaxtdan səmərəli istifadə
edə bilməyən şəxslər təyin olunmuş vaxtda işləri çatdıra bilməməkdən, təcili işlərin üst-üstə
çıxmasından narahat olurlar. Nəticədə, daha yaxşı işlərin formlaşmayacağı düşüncəsiylə özlərini
təzyiq altında hiss edirlər.
2.1.2.
T
ələbələr üçün fəaliyyətlər
Lövhədə BİBO üsulu ilə qurulmuş cədvəl çəkin. Vaxt barəsində yeni
məlumatları oxuyun, mövzu barəsində əvvəlki biliklərə dair qeydləri “Nəyi bilirik
sütununa”, Mətn bitdikdən sonra öyrəndiyinizi “Nəyi öyrəndik” sütununa, mətndə
verilən sualların cavabı əks olunubsa, onları “Nəyi öyrənməliyik” sütununa qeyd edin.
Birinci sütunda qeyd edilənləri, ikinci sütunda qeyd edilənlərlə müqayisə edərək,
nəticə çıxarın.
“Ahıllar Evi”-nə ekskursiya təşkil edin. Keçirilən vaxt çərçivəsində söhbətlər,
müzakirələr təşkil edin. Daha sonra vaxt anlayışı, vaxtın əhəmiyyəti barəsində
təqdimat hazırlayın.
20
İki qrupa ayrılın. Bir qrup “The Bucket List” filmini, digər qrup isə “Dead Poets Society”
filmini izləsin. Filmlərdə vaxtla bağlı nə kimi mesajların olduğu və vaxtın əhəmiyyəti
barəsində təqdimat hazırlayın. Həmin təqdimat əsasında müzakirə təşkil edin.
2.1.3.
Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |