Baza modulu üzrə Təlim Materialı


Təqvimin, gündəliyin tutulması



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə45/84
tarix31.12.2021
ölçüsü1,34 Mb.
#49811
1   ...   41   42   43   44   45   46   47   48   ...   84
Peşə etikası

Təqvimin, gündəliyin tutulması

Təqvim  və  gündəliklərin  tutulması  iş  dünyasında  istifadə  edilən  xatırlatma  vasitələrindən 

biridir.  Təqvim  gündəlik,  həftəlik,  aylıq  iş  qrafikinin  izlənildiyi,  edilmiş,  ediləcək  işlərlə  bağlı 

qeydlərin  olduğu,  icra  olunacaq  işlərin  idarə  edildiyi  vacib  şəxsi  materialdan  biridir. 

Texnologiyanın  inkişafı  ilə  birgə  gündəlik  təqvimlərin  yerini  elektron  vəsaitlər  tutmuşdur.  Vaxt 

baxımından  da  səmərəli olan  bu  tip  gündəliklərin  daşınması və  istifadəsi olduqca  rahatdır.  Həm 

elektron, həm də normal gündəliyin tutulmasında əsas məqsədlər kimi: 

Şəxsi iş və ya iş görüşlərinizi qeyd etmək;



Gündəlik, periodik işlərin qeydiyyatı;

Əlamətdar günlərin qeydi və s. göstərmək olar.




32 

Üzərində  vacib  işlər  və  ya  iclaslar  haqqında  yazılar  olan  karton  lövhədən  də  isitfadə  etmək 

mümkündür. Beləcə edəcəyiniz işləri daima görmək imkanı əldə etmiş olacaqsınız. 

2.4.1. T

ələbələr üçün fəaliyyətlər 

“Bir iş günü oyunu”





İnstruksiya: Tapşırıqlara uyğun olaraq iş gününüzü planlayın. Planı sizə  uyğun 

olan  qaydada  apara  bilərsiniz.  Nəzərə  saxlayın  ki,  planınıza  təsir  edə  bilən 

səbəblər ortaya çıxa bilər.  



Şərtlər:  Siz ofisdə çalışırsınız. İş gününüz saat 09:00-dan 18:00-a kimidir. Sizin 

nahara 1 saat (13:00-14:00) vaxtınız var. 

-  Görməli olacağınız işlərin siyahısı: 

 Sənədlərlə iş, nizamlama, baxış.

 Təqdimatın hazırlanması.

 2 müştəri ilə ofisdə görüşlər (15:00 və 16:00-da).

 10 nəfərə zəng etmək.

 Plastik kartdan pul çıxarmaq.

 Həftəlik hesabatın hazırlanması.

 Saat 12:00-dan 13:00-a kimi ofisdə təqdimat keçirmək.

 Axşam 19:00-da restoranda toy məclisində olmaq.

 Bankda krediti ödəmək. Bank saat 10:00-dan 17:00-a kimi açıq olur.

 Yeni təqdimat üçün internetdən məlumat toplamaq.

 Poçtda bağlamanı (qutunu) almaq. Poçt 09:00-dan 19:00-a kimi açıq olur.

 Ofis üçün dəftərxana ləvazimatlarının sifarişini vermək.

 Evdə toya hazırlıq üçün geyiminizi dəyişmək.

 Mənzil  istismar  idarəsinə  (JEK)  baş  çəkmək.  Qəbul  saatları  15:00-18:00-a

kimidir.

 Məktubları oxumaq, cavablar yazmaq.



Gün  ərzində  mövcud  olan  məkanlar  (gündəlik  planı  məkana  görə  təyin 

edin): 


       

                      

15 dəqiqə (qısa oxlar) 

Ev 


Ofis 

Mİİ 


Bərbər 

30 dəqiqə 

30 dəqiqə 

30 dəqiqə 




33 

Hər qrup digər qrupa yerinə yetirməsi üçün iş sıyahısı tərtib etsin. Tərtib olunan  siyahını qrupa



təqdim  edin.  Göstərilən  işləri  təcili,  vacib,  digər  işlər  başlığı  altında  kateqoriyaya  bölün,  təyin

olunan  vaxt  intervalında  cədvəl  şəklində  göstərin.  Daha  sonra  hazırlanan  cədvəli

qiymətləndirilməsi üçün hazırlayan qrupa qaytarın. Sonda qiymətləndirilən işin təqdimatını edin.

Daxili  dairədəki  qrup  “elektron  ünsiyyət  vasitələrinin  vaxtın  səmərəli  istifadəsinə  təsiri”



mövzusunda müzakirə aparın. Digər qrup isə həmin müzakirəni izləyərək, mövzu barəsində yalnız

lehinə dəlilləri söyləsin.

Dairədə  göstərilmiş  anlayış  ilə  bağlı  söz  və  ifadələr  söyləyin.  Hər  növbəti  söz  və  ya  ifadəni



mərkəzdə  verilmiş  söz  ilə  əlaqələndirərək  xəttlərlə  birləşdirn.  Alınan  klasteri  müzakirə  edin  və

ümumiləşdirin.

Pareto prinsipi 



34 

2.4.3. Qiym

ətləndirmə 

Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin