Komanda işinin əhəmiyyəti
Əvvəlki dövrlərdə insanların çoxu qrup şəklində daha az olmaqla, fərdi qaydada işləyirdilər.
Əgər siz valideynlərinizdən və ya nənə-babalarınızdan soruşsanız, onlar sizə əvvəllər mövcud olmuş iş
rejimi barədə məlumat verə bilərlər.
İndiki dövrdə, getdikcə daha çox insan komanda və ya qruplar şəklində işləyir. Bu, onunla
əlaqədardır ki, qrup işinin bir çox müsbət cəhətləri var. Qrup işinin əsas səbəblərindən biri – sinerji,
yəni birgə fəaliyyətdir. Bu, əsasən 1 + 1 = 3 mənasını verir. Beləliklə, ideya ondan ibarətdir ki, qrup
yekun iş kimi daha yaxşı nəticə verə bilər. Əgər siz cütlərlə işləyirsinizsə, iki nəticəni üst-üstə gəldikdə
daha yaxşı nəticə alacaqsınız.
Siz, xüsusilə effektiv həll yolları tapmağa çalışdıqda qrup işi özünü doğruldur. Bir nəfər
problemin həlli yolunu tapmaqda çətinlik çəkir. Lakin, qrupa problemi həll etmək həvalə edildikdə,
qrup problemlə bağlı müzakirə aparır və qrupun müxtəlif üzvləri fərqli həll yolları təklif edirlər.
Lakin, qrup işi yalnız müsbət cəhətlərdən ibarət deyil! Qrup şəklində işləməyin eyni zamanda
bəzi mənfi cəhətləri də vardır. Bəzi insanlar qrup şəklində deyil, təklikdə işləməyi üstün tuturlar.
Buna görə də, qrup işinin müsbət və mənfi cəhətlərini bilmək, qrupda işləmək səriştənizi necə inkişaf
etdirməyi bilməniz mühüm əhəmiyyət kəsb edir.
3.1.2. T
ələbələr üçün fəaliyyətlər
“Sinerji” terminini qruplarla müzakirə edin. Birgə fəaliyyəti əks etdirən
rastlaşdığınız qrup işinə dair nümunələr göstərin.
Öz peşəniz sahəsində qruplarla necə işləyəcəyinizi müəyyən edin.
Qrup işinin müsbət cəhətlərini qruplarla kollektiv şəkildə müzakirə edin. Sinifdə
təqdim edin və müzakirə aparın.
Qrup işinin mənfi cəhətlərini qruplarla kollektiv şəkildə müzakirə edin. Mənfi
cəhətlərdən yayınmaq yollarını təqdim edin, nümunələr göstərin və müzakirə aparın.
Valideynlərinizdən qrup şəklində necə işlədikləri barədə soruşun. Onlarla sorğu
aparın və əsas diqqəti mənfi cəhətlərdən yayınmaq yollarına yönəltməklə, aldığınız
nəticələri sinifdə təqdim edin.
Öz peşəniz sahəsində qrup işi üçün qrafik əlaqələr sxemi tərtib edin və təhsiliniz
müddətində buna necə hazırlaşacağınıza dair müzakirə aparın.
Ünsiyyət problemlərinin qrup işi ilə əlaqələri barədə müzakirə aparın.
36
3.1.3. Qiym
ətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |